• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda itkin düşənlərlə bağlı qanun qəbul edilməlidir - Zahid Oruc

Azərbaycanda itkin düşənlərlə bağlı qanun qəbul edilməlidir - Zahid Oruc
30.08.2022 13:31
Azərbaycanda itkin düşənlərlə bağlı qanun qəbul edilməlidir. Bunu Milli Məclisin deputatı Zahid Oruc bu bün keçirlən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş "İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda çıxışı zamanı deyib.

"Bir çox ölkələrdə itkinlərlə bağlı ayrıca qanunlar mövcuddur. Azərbaycanda 2013-cü ildə belə qanunla bağlı anons verilsə də hələlik reallaşmayıb. Üstəlik, bir çox ölkələrdə milli "İtkin düşmüşlər günü” təsis və qeyd edilir. Ermənistanda 2000-ci ildən "Qarabağda itkin, əsir və girovlar günü” təsis edilib və Azərbaycana qarşı siyasi şantaj məqsədi ilə sui-istifadə edilir. Azərbaycanda da "I Qarabağ müharibəsində itkin düşmüşlər..” gününün təsis edilməsi məqbul olar”,  millət vəkili vurğulayıb.

Birinci və İkinci Qarabağ müharibəsində ümumilikdə 3896 nəfər itkin düşmüş kimi qeydə alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır.
 
Gülnar Nazimqızı 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol