Kəlbəcər və Zəngilanda məktəb tikiləcək - SƏRƏNCAM

Zəngilan və Kəlbəcərdə yeni məktəb binaları tikiləcək. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Belə ki, sərəncamla Zəngilan və Kəlbəcərdə 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























