• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı Azərbaycanla yeni sənədlər imzalamaq istəyir

Avropa İttifaqı Azərbaycanla yeni sənədlər imzalamaq istəyir
15.04.2014 16:59
Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Şurası Lüksemburqda keçirilən iclasında Azərbaycanın Aİ proqramlarında iştirakını təmin etmək üçün Aİ və Azərbaycan arasında ümumi prinsiplərə dair Çərçivə Sazişi üzrə Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə protokolun imzalanması, onun müvəqqəti tətbiqi və yekunlaşdırılması barədə qərar verib.Aİ-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, ətrafında danışıqlar aparılan mətndə nəzərdə tutulur ki, Tərəflər bu Protokol imzalandığı tarixdən onun müddəalarını müvəqqəti olaraq tətbiq edəcəklər. Protokolun yaxın gələcəkdə imzalanması planlaşdırılır.Protokol Horizon 2020, COSME və ya Gömrük kimi Aİ-nin bir sıra konkret siyasət və proqramları çərçivəsində Aİ ilə Azərbaycan arasında daha yaxın əməkdaşlığa yol açır. Cinayətkarlıq və terrorizmə qarşı mübarizə, mülki müdafiə, eləcə də media, mədəniyyət və gənclərin mübadiləsi sahəsində proqramlar baxımından əlavə imkanlar da təklif ediləcək.Qeyd edək ki, Aİ Xarici İşlər üzrə Şurası 18 iyun 2007-ci il tarixində Əlcəzair, Ermənistan, Azərbaycan, Misir, Gürcüstan, İsrail, İordaniya, Livan, Moldova, Mərakeş, Fələstin Hakimiyyəti, Tunis və Ukraynanın Birliyin proqramlarında iştirakına dair ümumi prinsiplər üzrə bu ölkələrlə Çərçivə Sazişləri ətrafında danışıqların aparılması üçün Avropa Komissiyasına direktiv verib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol