Belarus XİN Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət bildirib

Belarus Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb. Bu barədə xarici KİV-də məlumat yayılıb.
Bəyanatda rəsmi Minsk tərəfləri təmkinli olmağa çağırır.
Qeyd olunur ki, Belarus sərhəddəki durumu narahatlıqla izləyir.
"İstənilən münaqilə yalnız siyasi və diplomatik vasitələrlə həll edilə bilər və həll edilməlidir. Belarus Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasına töhfə verməkdə davam edəcək”, - bəyanatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























