• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan-Azərbaycan sərhədində döyüşlər yenidən başladı

Ermənistan-Azərbaycan sərhədində döyüşlər yenidən başladı
14.09.2022 11:08
Ermənistan Müdafiə Nazirliyi hərbi əməliyyatların bərpa olunduğunu açıqlayıb.
 
Sentyabrın 13-nə keçən gecə Azərbaycan və Ermənistan sərhədində yenidən toqquşmalar başlayıb. İrəvan cənub-şərq sərhədini atəşə tutmaqda günahandırdı, Bakı qonşusunu  artilleriyadan istifadə etməkdə ittiham etdi. Ermənistan KTMT-yə müraciət edib. Bu barədə RBC.ru məlumat yayıb. 
 
Ermənistan tərəfin məlumatına görə, Cermuk və Verin Şorji istiqamətində gərginlik müşahidə olunur.  Artilleriya, minaatan, hücum pilotsuz təyyarələrdən istifadə edilir. Azərbaycan Müdafiə Nazirliyi bunu təsdiqləmir. 
 
Bu ərəfədə tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşkəs sazişi imzalayıblar.
 
Yerevanda Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları Ermənistan parlamentinin binası yaxınlığında toplaşıb. Polis binanı artıq mühasirəyə alıb.
 
Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, sentyabrın 13-də gecə yarısından sonra Azərbaycan Silahlı Qüvvələri ölkənin cənub-şərqindəki sərhəd yaşayış məntəqələrini - Sotka, Qoris və Cermuk ərazilərini atəşə tutmağa başlayıb. Paşinyan 49 hərbçinin  ölməsi  barədə məlumat  verib və bu rəqəmin dəyişə biləcəyini vurğulayıb. 

Azərbaycan iddia edir ki, erməni hərbçiləri gecə saatlarında Azərbaycan ordusunun təchizat yollarını minalayıb, Azərbaycan ordusunun bir neçə mövqelərini müxtəlif silahlardan, o cümlədən minaatanlardan atəşə tutub, nəticədə insanlar həlak olub, hərbi infrastruktura ziyan dəyib. "Bu hərəkətlərin qarşısının dərhal alınması üçün bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş başlayıb”, - Bakıdan bildirilib. Nazirlikdən verilən məlumata görə, söhbət Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərindən gedir.
 
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalı ilə bağlı xəbərləri absurd adlandıraraq, eskalasiyanın İrəvanı və onun "davam edən hərbi avantürizm və revanşizm siyasətini” günahlandırıb. "Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu yerli cavab tədbirləri həyata keçirir və atəş nöqtələrini zərərsizləşdirir”, - nazirlikdən bildirilib. Daha sonra respublikanın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, o, hərbçilər arasında itkilər və infrastruktura dəyən ziyan barədə məlumat verib.
 
Azərbaycan tərəfi 50 hərbçini itirib.
 

Məhluqə Tağıyeva

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol