• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev və Putin görüşür, Paşinyan görüşə gəlmək istəmir - Nə baş verə bilər?

Əliyev və Putin görüşür, Paşinyan görüşə gəlmək istəmir - Nə baş verə bilər?
15.09.2022 21:09
Özbəkistanın Səmərqənd şəhərində Rusiyanın dövlət başçısı Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün baş tutacağı gözlənilir. Bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Görüş Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin sentyabrın 14-də o, səfərini təxirə saldığını bildirib.  

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddə baş verənlərlə bağlı hesabat istəniləcəyini təxmin edib və buna görə Səmərqənd görüşündən imtina edib.
  
"Sammitdə Paşinyan, Putin, Ərdoğan və Əliyev görüşə, ən azı qeyri-rəsmi müzakirələr aparıla bilərdi. Lakin Paşinyan getməkdən imtina edib, çünki sərhəddə baş verənlərdən sonra bilirdi ki, Səmərqənddə ondan hesabat istəniləcək, təxribatlar müzakirə ediləcək. Həmin təxribatların Rusiyanı çətin vəziyyətə salmaq ehtimalı var idi ki, Putin bunu Paşinyan ilə danışa, Əliyev arqumentlər gətirə bilərdi. Bundan əvvəl də Paşinyan İlham Əliyev ilə təkbətək və ictimaiyyətə açıq müzakirələrdən yayınmağa çalışıb. Məsələn, Münhendə təşkil olunmuş debatda Əliyev Paşinyanı çıxışı ilə çətin vəziyyətə salıb. Bütün bunları düşünən Ermənistan Baş naziri yenidən eyni olaylar ilə qarşılaşmaq istəmir və çıxış yolunu qaçmaqda görür. Səmərqənddə İlham Əliyev və Vladimir Putin görüşəcək, KTMT-nin bölgəyə göndəriləcək yoxlama qrupunu müzakirə edəcək. Fikrimcə, Əliyev baş verənləri izah edəcək və bu görüş regional prosesləri bizim maraqlarımıza uyğun inkişafına kömək edəcəkdir", - Nərimanlı söyləyib. 
 
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu görüşü Azərbaycanın öz mövqeyini sərgiləməsi üçün uyğun və düzgün fürsət hesab edir.
 
"Tək bu görüş yox, bənzər bütün görüşlər Azərbaycanın öz mövqeyini, Qarabağ məsələsində münasibətini Rusiyaya birbaşa çatdırmaq üçün münasibdir. Fikir versəz  Ermənistan Rusiya ilə olan əlaqələrini bu və ya digər formada Azərbaycana qarşı istifadə edir. Ermənistanın bu görüşə gəlməməsi də onun işlətdiyi siyasətin bir parçasıdır. Rəsmi İrəvan sülh müqaviləsi barədə hansısa söhbətlər aparsa da, Baş nazirin adından bu yönümdə bəyanatlar açıqlansa da gerçək odur ki, əməldə gördüklərimiz sülh yox təxribatdır. Bunları nəzərə alaraq Səmərqənddə baş tutacaq görüşdə Rusiya ilə əlaqələr ilə yanaşı, son baş verən siyasi proseslər müzakirə edilməli, bizim dayandığımız mövqe Rəsmi Moskvaya, Putinə bir daha çatdırılmalıdır", - Zülfüqarov bildirib. 
 
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünür ki, İlham Əliyev Putin ilə bölgədəki vəziyyəti müzakirə edəcək.
 
"Amma Əliyev-Putin görüşündən xüsusi bir nəticənin çıxacağını gözləmirəm, Putin "bölgədə sülh olsun" tipli ümumi sözlər deyəcək, amma Azərbaycanı heç nəyə məcbur edə bilməz. Azərbaycan Prezidentinin bu toplantıya qatılması Bakının Şanxay Əməkdaşlıq Təşkilatına marağından irəli gəlir. Yəqin ki, müşahidəçi statusunu almaq istəyir. Türkiyənin də belə istəyi var, bu təşkilatda üzvlükdə maraqlıdır. Rusiyanın Azərbaycandan müəyyən istəkləri var. Bu istəklərin ikisi gündəmdədir. Bunlar - Azərbaycan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsun. Avrasiya İqtisadi Birliyinə üzvlük müzakirə oluna bilər, amma heç bir halda Azərbaycan KTMT-yə üzv ola bilməz, çünki maraqlarımıza ziddir", - o qeyd edib.
 
2001-ci ildə yaradılan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rusiya və Tacikistan daxildir. Bu gün, sentyabrın 15-də İran təşkilata üzv qəbul olunub. Belarus, Əfqanıstan, Monqolustan ŞƏT-in müşahidəçi, Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Şri-Lanka və Türkiyə isə tərəfdaş ölkələr sırasındadır.
 
Cari ilin iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Rusiya Federasiyası prezidenti Vladimir Putinin son görüşü olub. Üzbəüz görüşləri olmasa da, sonralar iki lider arasında teıefon görüşü də olub.
 
İSTİQAMƏT:5.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Ləman Qasımova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol