• $
  • €
  • ₽
  • ₺
  • £

Nensi Pelosi İrəvana gedir

Nensi Pelosi İrəvana gedir
15.09.2022 21:28
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri  Nensi Pelosi Cənubi Qafqazda vəziyyətin gərginləşməsi fonunda  həftə sonu Ermənistana səfər edəcək. Bu barədə Politico nəşri yazıb. 
 
"Nensi Pelosinin bu həftəsonu İrəvana gələcəyi və baş nazir Paşinyanla görüşəcəyi gözlənilir", Politico yazır.
 
ABŞ parlamentinin spikerш Nensi Pelosi bu həftə sonu Azərbaycanla  döyüşlərdə təklənmiş durumda  qalan ölkəyə dəstək nümayişi üçün Ermənistana səfər edəcək. Bu barədə Politico nəşri iki mənbədən məlumat daxil olub. 

Pelosi G-7 Spikerlər Zirvəsində iştirak etmək üçün Berlinə gedəcək, daha sonra isə Nümayəndələr Palatasının üzvü Ceki Şpeyerin (Kaliforniya ştatı) müşayiəti ilə Ermənistana yollanacaq. Onun paytaxt İrəvanda baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşü gözlənilir.

Bu, spikerin keçən ay Tayvana mübahisəli gəlişindən sonra ən son dramatik xarici səfəri olacaq. Vaşinqtonda hesab edirlər ki, aralıq seçkiləri yaxınlaşdığından  və respublikaçıların çoxluğa qayıdışı  ilə bərabər o, parlamentdəki idarəçiliyini itirə biləcəyindən Pelosi  özünü yalnız ABŞ-da deyil həmçinin dünyada insan hüquqlarının müdafiəçisi kimi göstərməyə çalışır. 

Bu arada Şpeyer də Konqresdə çox az olan erməni əsilli amerikalı qanunvericilərdən biridir.

Spikerin aparat rəhbərinin müavini Drew Hemmil səfər barədə suala cavabında bildirib ki, "təhlükəsizlik protokollarına əsasən biz  beynəlxalq səyahətlər barədə əvvəlcədən nə təsdiqedici, nə də təkzibedici mlumatlar vermirik". Speyerin ofisi  də şərh  verməkdən yayınıb. 

Məqalənin müaəllifi Aleksandr Vard  yazır ki, Ermənistan və Azərbaycan  Azərbaycanın tərkib  hissəsi kimi tanınan, lakin etnik ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ üzərində onilliklər boyu davam edən qanlı düşmənçilik içərisindədir. İki il əvvəl hər iki xalq arasında "mübahisəli torpaq" uğrunda ikinci böyük müharibə baş verdi və bu, minlərlə insanın ölümü ilə nəticələnə bu müharibədən sonra Bakı  daha çox regional gücə malik oldu.

Keçən həftə sonu yenidən gərginlik yarandı, hər iki ölkə rəhbərləri bir-birini birinci hücum etməkdə günahlandırdılar. Ermənistan iddia edib ki, Azərbaycan ordusu bir sıra sərhəd şəhərlərini hədəfə almaq üçün pilotsuz təyyarələr, artilleriya, minaatan və atıcı silahlardan istifadə edib. Azərbaycan isə bildirdi ki, Ermənistan silahlı qüvvələri döyüşlər aparmaq üçün  uzunmüddətli eskalasiya mövqeyi tuturlar. .

Yerevan və Bakı rəsmiləri iddia edirlər ki, son bir neçə gün ərzində atışmalarda hər iki tərəfdən 170-dən çox əsgər həlak olub.

Rusiya çərşənbə axşamı atəşkəsə vasitəçilik etdiyini, lakin atəkəsin qısamüddətli olduğunu və gərginliyin  çərşənbə gününə qədər davam etdiyini söyləyib.

Pelosinin səfəri böhrana daha çox siyasi diqqət yetirməyə çağıran erməni-amerikan icması üçün böyük əhəmiyyət kəsb edəcək.   "Ermənistan Ukraynaya göstərilən diqqəti görməyib və bu, beynəlxalq hüququ pozaraq beynəlxalq sərhədi keçən ölkənin hərəkətinə işıq salacaq”, Amerika Erməni Assambleyasının həmsədri Entoni Barsamyan deyib. 

N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol