• $
  • €
  • ₽
  • ₺
  • £

Həsən Ruhani Azərbaycana səfər edəcək

Həsən Ruhani Azərbaycana səfər edəcək
15.04.2014 09:23
"Ümumiyyətlə, Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında vacib məqamlardan birinə çevrilib". İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycan prezidentinin Tehrana səfərinin yekunlarına həsr olunmuş brifinqdə bu bəyanatla çıxış edib. İranla Azərbaycan arasında Araz çayı üzərində Mərəzə-Ordubad Su Elektrik Stansiyasının (SES) tikilməsi üçün razılığa gəlinib. Stansiyanını tikinti işləri iki ölkənin prezidentləri arasında imzalanan anlaşma memorandumu çərçivəsində həyata keçiriləcək. Bu haqda məlumatı İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib. Yeni elektrik stansiyasının tikintisi hər iki ölkənin enerji təlabatının ödənilməsinə hesablanıb.“İki ildən artıq idi ki, hər iki ölkə nümayəndələri bu memarandumun üzərində işləyirdilər. Tikiləcək Su Elektrik Stansiyanını texniki cəhətdən yararlığını araşdırırdılar. Bununla bağlı imzalanan memorandumun əsas məqsədlərindən birinə uyğun olaraq stansiyanın tikintisindən sonra Araz çayının suyundan daha səmərəli istifadə olunacaq”. Uzun illərdir qeyri-fəallığı ilə seçilən Dövlətlərarası Müştərək Komissiyanın işində yeni dönüş yaranıb. Quruma yeni iranlı və azərbaycanlı sədrlərin təyin olunduğunu deyən səfir bundan sonra iki ölkə arasında tranzit, energetika, neft, qaz, turizm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmlənəcəyini vurğuladı. İki ölkə arasında yaranan dostluq münasibətlərini üçünçü təxribatçı qüvvələrin hücumlarının qarşısının alınması üçün isə medianın gücündən aktiv istifadə olunması müzakirə olunub.“Prezidentlərin görüşü zamanı İki ölkənin kütləvi-informasiya vasitələri (KİV) arasında əlaqələrin möhkəmlənməsinə təkid olundu. Hər iki ölkənini media nümayəndələrinin bir-biri ilə sıx əməkdaşlıq qürması üçün ölkələrin KİV komitələrinin fəaliyyətinin başlanmasına qərar verildi” - deyə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. İllərdir müzakirə olunan İki ölkəni birləşdirəcək Rəşt-Astara dəmiryol xətti ilə bağlı da müsbət irəliləyişlər var. Qəzvindən-Rəşt şəhərinə qədər olan hissənin tikintisinin başa çatdığını deyən səfir bu ilin sonuna qədər tikinti işlərinin yekunlaşacağını dedi. Səfir çıxışının sonunda bu yaxınlarda İranın prezidenti Həsən Ruhaninin də Azərbaycanan səfər edəcəyini bildirdi. //Anspress
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol