• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət başçısı Macarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNDİ

Dövlət başçısı Macarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNDİ
19.09.2022 16:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edib. Bu barədə president.az məlumat yayıb.
 
Səfir Abdullah Mohamed Abdullah Almauidi etimadnaməsini dövlətimizin başçısına təqdim edib.


Prezident İlham Əliyev səfirlə söhbət edib.


Dövlət başçısı səfirin diplomatik fəaliyyəti dövründə əlaqələriN inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirdi.
 
Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Küveytə səfərini məmnunluqla xatırladı, siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, energetika və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd etdi.
 
Biznes dairələri arasında münasibətlərin yaradılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev pandemiyadan əvvəl Azərbaycana çoxsaylı küveytli turistin səfər etdiyini diqqətə çatdırdı. Dövlət başçısı bu rəqəmin daha da artacağına əminliyini bildirdi.


Azərbaycanın və Küveytin beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ çərçivəsində əməkdaşlığının vacibliyini qeyd edən Prezident İlham Əliyev işğal dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın həmişə İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini qeyd etdi.


"Prezident İlham Əliyev Ermənistanın işğal dövründə ərazilərimizdə vandalizm aktları törətdiyini vurğulayaraq, 67 məsciddən 65-nin dağıdıldığını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini, bu prosesdə Küveyt şirkətlərinin də iştirakının mümkünlüyünü vurğuladı. Azərbaycan Prezidenti müharibənin başa çatmasından iki ilə yaxın müddət ötməsinə baxmayaraq, Ermənistan tərəfindən təxribatların davam etdirildiyini dedi. Prezident İlham Əliyev Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatın sülh prosesinə mane olmaq məqsədi daşıdığını qeyd etdi", məlumatda yazılıb.
 
Səfir Abdullah Mohamed Abdullah Almauidi Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını Prezident İlham Əliyevə çatdırdı.


Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.


"Səfir dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin olduğunu qeyd etdi. Abdullah Mohamed Abdullah Almauidi ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsinin vacibliyini bildirdi. Diplomat ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı, ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi", məlumatda öz əksini tapıb.

***********

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın etimadnaməsini qəbul edib.Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol