• $
  • €
  • ₽
  • ₺
  • £

Pelosinin bəyanatları nə ifadə edir? - Amerikalı ekspertlə MÜSAHİBƏ

Pelosinin bəyanatları nə ifadə edir? - Amerikalı ekspertlə MÜSAHİBƏ
22.09.2022 09:57
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrın 18-də Yerevanda səfərdə olarkən bildirib ki, Ermənistanın sərhədlərinə və  suverenliyinə hücum edilib. Vaşinqtonda mənzillənən azərbaycan-əsilli jurnalist Aleks Raufoğlu mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.
 
-  ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevanda səsləndirdiyi bəyanatlar nəyə hesablanıb? Bu bəyanatları səsləndirməkdə spikerin məqsədi nədir? Bu bəyanatları rəsmi ABŞ-ın mövqeyi hesab etmək olarmı?


-Xanım Pelosinin bəyanatları ABŞ Administrasiyasının rəsmi mövqeyini ifadə etmir, bunun üçün Ağ Ev və Dövlət Departamentindən səslənən açıqlamalara diqqət etmək yetərlidir. Yerevanda nümayiş edilən ritorikanın rəsmi mövqedən fərqlənməsi ABŞ sistemində nadir nümunə deyil. Siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Konqress üzvləri kimi, Spiker də müxtəlif mövzularda Ağ Evin siyasətindən fərqli yanaşma nümayiş etdirməkdə azaddırlar - hətta Oval Ofisdə oturan şəxslə eyni partiya maraqlarını bölüşmüş olsalar belə.

Bəyanatların məğzinə gəldikdə, xanım Pelosinin açıqlamalarında Azərbaycan tərəfinin mövqeyinə (haqlı, yaxud haqsız—fərq etməz) istinad olunmamasının səbəbləri ilk növbədə Azərbaycan üçün düşündürücü olmalıdır. Təəccüblü hal idi ki, Azərbaycanın Vaşoinqtondakı diplomatları xanım Pelosinin çıxışlarına yalnız faktdan sonra və yumşaq desək, "Tvitter tənqidçiləri" səviyyəsində reaksiya vermək məcburiyyətində qaldılar. Pelosinin bəyanatları o cümlədən bizim illərdir dediyimizi — ABŞ Konqresində Azərbaycanın pullu lobbiçilik səylərinin səmərəsiz olduğunu isbat etdi.

Sualınızın digər hissəsinə gəldikdə, bir qayda olaraq, ABŞ Spikerinin böhran nöqtələrinə səfərləri beynəlxalq ictimai rəyi münaqişələrə cəlb etmək baxımından önəm daşıyır. Bütün həftə ərzində baş xəbər lentlərini Ukraynaya və Kraliçanın ölümünə həsr etmiş Qərb mediası şənbə və bazar günləri aydın səbəbdən Azərbaycan-Ermənistan münaqişəsini manşetlərinə çıxardılar, baxmayaraq ki, iki tərəf arasında atəşin dayanması barədə razılaşma bu səfərdən 48 saat öncə artıq əldə olunmuşdu.

Bu mənada, spikerin səfərini özlüyündə, diqqəti problemə cəlb etmək baxımından əlamətdar saymaq olar. Azərbaycan tərəfi bu fürsətdən düzgün yararlanmaq üçün, ilk növbədə səfərdə iştirak etmiş Konqress üzvləri ilə vaxtında işləməli, öz mövqeyini də diqqətə çatdırmalı idi. Spikerin ofisinin də açıqladığı kimi, bu səfər əslində, bir ay öncədən nəzərdə tutulmuşdu, sadəcə olaraq vaxt qeyri-münasib dövrə təsadüf edib. Azərbaycan diplomatlarının bu ziyarətdən xəbəri var idimi? Olmayıbsa - pis, olub heç nə etməyiblərsə - daha da pis.

- Bu bəyanatları səsləndirərkən Nensi Pelosi düşünmədimi ki, ABŞ Azərbaycanı itirə bilər?

- İlk növbədə, bəyanatların səsləndirildiyi məkanı nəzərə alaraq, anlaşılandır ki, məqsəd Ermənistanı itirməmək olub, amma Vaşinqtondakı ümumi sentiment belədir ki, bu, heç də mütləq Azərbaycanı itirmək bahasına edilməməlidir. ABŞ-da gözəl anlayırlar ki, son bir neçə həftə ərzində post-Sovet regionunda münaqişə ocaqlarının ardı-ardına alonlanması təsadüfi deyil. Ukraynada məğlubiyyətlə üzləşmiş Rusiya bu vəziyyətdən bəhrələnməklə, ABŞ dövlət katibinin də bir neçə gün əvvəl dediyi ki, "regionu qarışdıra bilər."

Azərbaycandan fərqli olaraq, Ermənistan Moskvanın artan təzyiqləri fonunda Qərbdən uzadılan əli rədd etməmək yolunu tutub. Azərbaycan da Putin Rusiyası tərəfindən təklənməməkdə maraqlıdırsa, siyasətini nəzərdən keçirməlidir.

- Son vaxtlar ABŞ- Azərbaycan münasibətlərində buzlar əriməyə başlamışdı. İndi bu bəyanatlarla yenidən münasibətləri gərginləşdirmək kimlərə sərf edir? Bu kimi bəyanatlarla ABŞ Azərbaycanı Rusiyaya tərəf itələmir?

- Spikerin bəyanatları rəsmi münasibətlərin gərginləməsi üçün səbəb olmamalıdır. Bunu edənlər ən pis halda, bəhanə axtarışındadırlar, ən yaxşı halda isə, ABŞ siyasi sisteminə sadəcə olaraq bələd deyillər.

Rusiyaya gəldikdə, bu ölkə təkcə son 7 ayda Ukraynadakı əməllləri ilə özünü dünya siyasətindən təcrid edib və İran, Şimali Koreya kimi rejimlərin imdadına sığınıb. Kremlə tərəf "itələnməyi" ABŞ heç düşməninə də arzulamazdı.

- Son olaraq, ABŞ Azərbaycan münasibətlərinin normal məcraya düşməsi üçün hər iki tərəf hansı addımları atmalıdır?
 
- Münasibətlərin indiki halda, məcrasından çıxdığını iddia etmək doğru olmazdı. Hərçənd, etiraf etmək lazımdır ki, tərəflər arasında səmimiyyət indi hər zamankından daha önəmlidir.  Qarabağ nizamlaması ABŞ-Azərbaycan münasibətlərinin fokuslandığı istiqamətlərdən yalınız biridir və bütün digər sahələrdə olduğu kimi, bu iş də diplomatik yaradıcılıq tələb edir. Bu yaxınlarda söhbət etdiyim sabiq ABŞ diplomatlarından biri münaqişə ətrafındakı dialoqların əvvəlki illərdən fərqini təxminən aşağıdakı formada izah etmişdi.

"Əvvəllər tərəflər bizimlə təmasda qarşı tərəfin fikrinin pis olduğunu nəzərə çatdırırdı, indi isə qarşı tərəfin özünün pis olduğunu". Fərq bundadır.
Mario Puzonun "Xaç atası" əsərində Don Korleonenin dediyi kimi, "düşmənlərinizə nifrət etmək kimi səhvə yol verməyin. Bu, sizin mühakimənizi dumanlandırır".
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol