• $
  • €
  • ₽
  • ₺
  • £

"Media Reyestrinin aparılması Qaydaları" təsdiqləndi - Jurnalistlər nə düşünür?

"Media Reyestrinin aparılması Qaydaları" təsdiqləndi  - Jurnalistlər nə düşünür?
26.09.2022 21:58
Jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil edilməkdən imtina edilməsi qaydaları müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb.
 
Təsdiq edilmiş yeni qanun jurnalistlər arasında birmənalı qarşılanmayıb. Belə ki, bir qurup jurnalist resterin təsdiq olunmasını doğru, digər qism isə bunun yalnış olduğunu hesab edir. 
 
"Turan" İnformasiya agentliyinin baş redaktoru Mehman Əliyevin sözlərinə görə reyestrin təsdiq olunması sadəcə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin qoyulmasından başqa bir şey deyil.
 
"Qanunda heç bir bənd doğru deyil. Niyə başqa sahələrin reyestrı yoxdur? Niyə onlar qeydiyyatdan keçmir? Hesab edirəm ki, burada məqsəd jurnalistlərin fəaliyyətini  nəzarətə götürməkdir. Onları qane etməyən jurnalistləri sıradan çıxarmaq istəyirlər. Heç kim əsaslandıra bilmir ki, reyster nəyə lazımdır? Bu 
vətəndaşı jurnalistika ilə məşğul olmağa qadağan etməkdir. Heç bir ölkədə belə qayda və qanunlar yoxdur", - Mehman Əliyev deyib.
 
Mehman Əliyev hesab edir ki, qanun qəbul olunanda müzakirələrə müstəqil jurnalistlər dəvət olunsa da heç bir nəticə əldə olunmayıb. 
 
"Parlamentdə yalançı toplantı keçirdilər. Bu sadəcə gözdən pərdə asmaq üçün idi.Biz qanun layihəsinə etiraz edəndən sonra dəvət olunduq və verdiyimiz təkliflərin heç biri keçmədi", - Əliyev söyləyib. 
 
"Media haqqında" qanun layihəsini təqdim edən Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun sözlərinə görə qanun layihəsində müstəqil jurnalistlərin fikirləri əsasında 9 maddədə dəyişiklik olunub.
 
"Müstəqil jurnalistlərlə həm ümumi həm fərqli görüşlər keçirilib. Təklifləri alınıb və nəticədə 9 maddəyə dəyişiklik olunub. Reyestrdə hər hansı media subyektinin yer almamasını və fəaliyyətinin dayandırılması kimi bir əsas yoxdur. Belə bir maddə heç bir normada da yoxdur. Reyestrin olması həm də jurnalistlər üçün bir platformanın yaradılması üçün nəzərdə tutulub. Belə ki, jurnalistlər gələcəkdə kreditlər, subsidiyalar, öz sosial şəraitinin yaxşılaşdırılması üçün hansısa imtiyazlardan istifadə edə biləcəklər.  Reyestr ətrafında formalaşan mənfi fikirlər qanunvericiliyin əsas predmeti ola bilməz. Bu platformaya daxil olmaq istəməyən jurnalistlər də öz peşə fəaliyyəti ilə məşğul ola biləcək", - deputat söyləyib.
 
"Ayna-Zerkalo" saytının baş redaktoru Elçin Şıxlı təsdiq olunan yeni fərmanı şərh etmək istəmədi.
 
"Bizi parlamentə dəvət edəndə bu mövzu ilə bağlı 30-a yaxın təklif irəli sürmüşdük. Heç biri maddələrdə öz əksini tapmayıb.Ona görə də fərman veriləndən sonra bunu şərh etməyi doğru hesab etmirəm", - Elçin Şıxlı vurğulayıb.
 
"Qafqazinfo" saytının rəhbəri Elbrus Ərud hesab edir ki, reysterin yaradılması jurnalistlər arasında bir balans yaradacaq və hər kəs qanun çərçivəsində fəaliyyət göstərə biləcək. 
 
"Düşünmürəm reysterin yaradılması jurnalistlərin fəaliyyətinə qadağa qoyacaq. Çünki jurnalistlərin fəlaiyyəti təkcə reytser daxilində olmayacaq. Kimlər istəsə daxil olacaq,istəməyənlər isə daxil olmadan işinə davam edə biləcək. Reyestr sadəcə qanunsuz fəaliyyət göstərən jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq. Hesab edirəm ki, bu platformanın yaradılması ilə şəffaflıq yaranacaq", - Elbrus Ərud deyib. 
 
"Yeni sabah" saytının təsisçisi Elnur Məmmədli fikrincə, reyestrdəki bütün müddəalar işlək olsa çox yaxşı olar.
 
"İstərdim media reysterindəki bütün müddəalar tam işlək olsun. Əgər belə olacaqsa,  faydası orada iddia olunan neqativlər ümumiyyətlə hiss edilməz dərəcədə olacaq. Yox əgər yalnız neqativ hesab olunan müddəalar daha çox önə çıxacaq və tətbiq olunacaq, pozitivlər isə görməzdən gəlinəcəksə, o zaman bu yeniliyə qarşı çıxış edənlərin əlini sıxmalı olacağıq.Hesab edirəm ki, media ilə bağlı dövlət siyasətində ciddi dəyişiklik neçə ildir ki, hiss olunur və əgər bu tendensiya davam edəcəksə bir neçə ildən sonra neqativlərdən danışmaq üçün ümumiyyətlə mövzu olmayacaq. Reyestrdə nəzərdə tutulan bir çox tələblər var ki, bu vacibdir. Bu günə kimi onlarla jurnalist vardı ki, onlar müəyyən media orqanlarında fəaliyyət göstəriblər. Amma heç vaxt onların bu əmək fəaliyyətləri rəsmiləşdirilməyib. Burada da əsas məqam media direktorlarının vergi və digər dövlət ödənişlərindən yayınması əsas səbəb olub. İndi belə olmayacaq. Media rəhbəri məcburdur ki, əməkdaşlıq etdiyi işçilərlə müqavilə bağlasın, onlar reysterə daxil edilsin, sosial ödənişləri ödənsin, pensiya fonduna vəsait yığılacaq. Burada media rəhbərlərinin xərci müəyyən qədər artacaq, amma sıravı jurnalistlər, redaktorlar qazanacaqlar", - Elnur Məmmədli bildirib.
 
"Media haqqında" qanun layihəsi parlamentdə 30 dekabrda qəbul olunub. Qanuna bir sira dəyişikliklər edildikdən sonra prezidentin fərmanı ilə 2022-ci il yanvarın 1-dən qüvvəyə minib. 

Gülnar Nazimqızı 
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol