Azərbaycan MN açıqlama yaydı

Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi "oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır" deyə bildirib.
"Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görür. Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Azərbaycan tərəfi açıqlama yayıb.
www.anews.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























