• $
  • €
  • ₽
  • ₺
  • £

“Qafqazın Xirosiması” Ağdam yenidən qurulur - Türkiyə mətbuatı

“Qafqazın Xirosiması” Ağdam yenidən qurulur - Türkiyə mətbuatı
06.10.2022 11:51
Bir qisim insanın yaddaşında "Qafqazın Xirosiması” və "kaya şəhəri” kimi qalan Ağdamda Ermənistanın işğal dövründən sonra sağlam tikili qalmadığından intensiv yenidənqurma və bərpa işləri davam etdirilir. Bu barədə Türkiyənin aparıcı mətbu orqanı hesab edilən  Anadolu Agentliyi yazıb.

Ağdamda yol, elektrik kimi infrastruktur layihələrini başa çatdıran Azərbaycan hökuməti 2026-cı ilin sonuna kimi 10 min Ağdam sakinini şəhərə qaytarmağı, sonrakı illərdə isə bu rəqəmi 100 minə çatdırmağı hədəfləyir. Hədəfə çatmaq üçün şəhərin müxtəlif yerlərində yeni məhəllələr salınır, binalar ucalır. 
 
İşğaldan əvvəl rayonun sənaye mərkəzi olan şəhərin də eyni istiqamətdə inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhəri yenidən sənaye mərkəzinə çevirmək üçün Ağdam Sənaye Parkı yaradılır. Şəhərdəki tarixi məscid və Qarabağ xanı Pənahəli xanın məqbərəsinin də daxil olduğu İmaret Kompleksi də bərpa olunur.
 

 
Bütün binaların "ağıllı şəhər” konsepsiyası ilə tikilməsi nəzərdə tutulan şəhərdə "Qarabağ” Futbol Komandasının oyunlarını keçirəcəyi stadion da tikiləcək.
 
Planlamaya əsasən, bir neçə ildən sonra əsl sakinlərinin qayıtması ilə həyatın yenidən canlanacağı Ağdam beynəlxalq futbol yarışlarının keçirildiyi şəhərə çevriləcək.

Ağdamda yaradılması planlaşdırılan Qarabağ Universiteti ilə şəhərin həm də təhsil mərkəzinə çevrilməsi nəzərdə tutulur.
 
Təxminən 2 min hektara yaxın ərazidə salınan yeni Ağdamın tikintisində Azərbaycanla yanaşı, ABŞ, Kanada, İsrail, Hollandiya və Türkiyə şirkətləri də iştirak edir.
 


"Qarabağımızı cənnətə çevirəcəyik”

Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Bölgəsi üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Anadolu” agentliyinə (AA) bildirib ki, Ağdam "Qarabağın Xirosiması” adlandırılır. O,  " lakin ora 30 illik işğal dövründə ermənilər tərəfindən Xirosima kimi atom bombası atılmayıb, sistemli və məqsədli şəkildə məhv edilib" deyib.
 
Hüseynov ermənilərin Ağdamda yararlı tikili yer saxlamadığını və şəhərdə yeganə yarımbərk tikilinin məscid olduğunu, həmin məscidin hərbi ölçü üçün istifadə edildiyi üçün dağıdılmadığını bildirib.
 

 
İşğal başa çatdıqdan dərhal sonra Ağdamda yenidənqurma işlərinə başladıqlarını bildirən Hüseynov, "Biz ilk olaraq minaların təmizlənməsi ilə başladıq. Ağdam rayonunun 18 %-i minalardan təmizlənib. Bu, əslində kifayət qədər yaxşı rəqəmdir. Çünki Qarabağın iqtisadi zonalarının 8 %-i təmizlənib, yenidənqurma və dirçəliş işlərinə ən böyük maneə minalardır”, deyib.
 
Şəhər və ətraf ərazilərdə yol, elektrik xətləri kimi əsas infrastruktur layihələrinin yekunlaşmaq üzrə olduğunu qeyd edənHüseyinov, "İndi sosial infrastruktur layihələrinə başlayırıq. 2023-cü il Ağdam üçün kompleks quruculuq ili olacaq. Ermənilərin  buranı  30 illik müddətdən sonra tərk etdiyi gündən etibarən Azərbaycan dövləti və xalqı olaraq biz tezliklə bu torpaqlarda tam məskunlaşacağıq. Qarabağımızı yenidən quracağıq, dirçəldəcəyik. Qarabağımızı cənnətə çevirəcəyik", - o deyib.
 

 
Hüseyinov 2026-cı ilə qədər həm Ağdama, həm də ətraf kəndlərə vətəndaşların qayıtmasını təmin edəcəklərini və bu məqsədə çatmaq üçün əllərindən gələni  etməyə hazır olduqlarını vurğulayıb.
 

Tərcümə - Ləman

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol