• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa səfər etmiş 19 nəfər axtarışa verilib

Qarabağa səfər etmiş 19 nəfər axtarışa verilib
06.10.2022 12:53
Ermənilərin işğal dövründə qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağ ərazisinə səfər etmiş 19 nəfər axtarışa verilib, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

"Qanunsuz iqtisadi fəaliyyət, Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altında olmuş Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gəzdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib, hazırki vaxtadək onlardan yalnız 5-i icra edilib, 30-u isə icra edilməyib", - o vurğulayıb.

İlqar Səfərov qeyd edib ki, Ermənilərin Azərbaycanda qanunsuz iqtisadi fəaliyyəti ilə bağlı 6 şirkət 3 milyon manatdan çox gəlir əldə edib.

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana məxsus ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı hazırkı mərhələdə 2 cinayət işinin ibtidai istintaqı aparılıb, qeyri-qanuni hasilat işləri ilə məşğul olan ümumilikdə 6 şirkətin 306 821 019,93 manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirilməsi müəyyənləşdirilib. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror nəticəsində 86 cinayət işi başlanılıb", - o söyləyib.
 
Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən 17 rayon və 3 şəhərin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, mülki əhalinin sıx yaşadığı məntəqələr, döyüşlərədə iştirak etməyən mülki şəxslər, habelə Azərbaycanın ciddi infrastruktur obyektlərinin hədəfə alınması nəticəsində 93 nəfər mülki şəxsin qəsdən öldürülməsi, 454 nəfər mülki şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı qeydə alınıb.

"Erməni silahlıları tərəfindən raket hücumları nəticəsində 14 şəhər və rayon, o cümlədən Gəncə, Bərdə Tərtər və digər rayonlar üzrə ümumilikdə 14 724 əmlaka təxminən 47 503 911 manat maddi ziyan dəyib. Təcavüzkar hücumlar yalnız mülki şəxslərin sıx yaşadığı məntəqələr deyil, eləcə də partladılması böyük dağıntılara səbəb ola bilən mühüm obyektlərə - Bakı-Novorossiysk neft-boru kəməri, Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan, Qərb-İxrac, Cənubi Qafqaz Genişlənmiş boru kəmərləri, Qəbələ Beynəlxalq hava limanına da yönəlib. Ermənistanın rəhbər və digər vəzifəli şəxsləri, silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair Baş Prokurorluğun İstintaq idarəsində 86 cinayət işinin ibtidai istintaq aparılır. Həmin cinayət işləri aşağıdakı şəkildə qruplaşdırılıb:
 
Mülki əhalinin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması və mülki əhaliyə məxsus əmlakın qəsdən məhv edilməsi və zədələnməsi faktlarına dair 39 cinayət işi;
Mina və digər növ partlayıcı qurğuların partlayışları nəticəsində mülki şəxslərin qəsdən öldürülməsi və ya sağlamlıqlarına ziyan vurulması faktlarına dair 25 cinayət işi;
İnfrastruktur obyektlərinin ağır artilleriya mərmisi və ballistik raketlərlə hədəfə alınması faktlarına dair 3 cinayət işi;
İşğal altında olmuş ərazilərdə tarixi, mədəniyyət abidələrinin məhv edilməsi, qanunsuz ağac kəsmə və ya digər ekoloji cinayət faktlarına dair 3 cinayət işi;
Vətən müharibəsi müddətində fosfor mərmilərindən istifadə edilməsi faktlarına dair 1 cinayət işi;
Qarabağ bölgəsində ayrı-ayrı muzdlu dəstələrinin silahlı birləşmələrə qanunsuz cəlb edilməsi;
Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri faktlarına dair 8 cinayət işi;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz açıq çağırış faktlarına dair 4 cinayət işi;
İşğal altında olmuş ərazilərə qanunsuz silah daşınması faktlarına dair 1 cinayət işi;
Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin edilməsi faktına dair 1 cinayət işi", - o, vurğulayıb.
 
Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi "Atəşkəs dövründə ermənilər 400 Azərbaycan hərbçisini və 31 mülki şəxsi qətlə yetirib" deyə əlavə edib. 

"12 may 1994-cü il tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabr ayına qədər azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb, atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib. Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib", - qeyd edib.
 
Ləman


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol