• $
  • €
  • ₽
  • ₺
  • £

Türk Dövlətləri Təşkilatı birgə Fond YARADIR

Türk Dövlətləri Təşkilatı birgə Fond YARADIR
14.10.2022 21:00
Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçiriləcək sammitində birgə investisiya Fondunun yaradılması təsdiqlənəcək. Bunu Türk Dövlətləri Təşkilatının  Baş katibi Bağdad Amreyev bildirib.
 
TDT-nin sammiti noyabrın 11-də Səmərqənddə keçiriləcək.

"Biz Türk İnvestisiya Fondunun yaradılması üzrə işi başa çatdırdıq, bu məsələ sammitdə təsdiqlənəcək və işə salınacaq. Bu, iqtisadi inteqrasiyamız sahəsində irəliyə doğru böyük addımdır", - Amreyev "Özbəkistan 24” telekanalına müsahibəsində deyib.
 
Baş katib bildirib ki, sammit iştirakçıları həmçinin nəqliyyat dəhlizləri, gömrük prosedurlarının sadələşdirilməsi, güzəştli ticarətlə bağlı bir sıra sənədlər imzalayacaqlar.

"Biz xidmət və investisiya sektorlarında azad ticarət rejiminin yaradılması üçün səylər göstəririk", - B.Amreyev vurğulayıb
 
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı edib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daimi, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində təmsil olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol