Üçtərəfli görüşün vaxtı məlum oldu

Azərbaycan,Ermənistan və Rusiya arasında üçtərəfli görüş oktyabrın 31-də keçiriləcək. Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Görüşün Soçidə keçirilməsi planlaşdırılır.
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 31-i Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putinlə görüşmək üçün Soçiyə yollanacaq”.
Vladimir Putin oktyabrın 14-ü Astanada MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı İlham Əliyevlə Nikol Paşinyanı Rusiyada görüş keçirməyə dəvət etmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























