• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq istədiyini deyib

Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq istədiyini deyib
26.10.2022 17:54
Ermənistanın baş naziri Nikol Paşinyan ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamaq istədiyini bildirib. TASS-ın verdiyi məlumata görə,  o, bu barədə parlamentdə hökumət qarşısında çıxışı zamanı bildirib.

"Düzünü desəm, mən Azərbaycanla sülh sazişinin bu ilin sonuna qədər imzalanmasını istəyirəm. Bu nə dərəcədə realdır? Bu suala belə cavab verəcəm: mən və hökumət bunun reallaşması üçün hər şeyi edəcəyik”, Paşinyan bildirib. 

Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan bildirmişdi ki, respublikanın baş naziri Nikol Paşinyan oktyabrın 31-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə getməyi planlaşdırır.
 
2020-ci ilin payızında  ba verən ikinci Qarabağ savaşı zamanı Azərbaycan işğal altında olan ərazilərinin  çpxunu qaytara bilib. Erməni əhalisi yaşayan yerlərdə isə Rusiya sülhməramlıları yerləşdirilib və atəşkəs elan olunub. 

2022-ci ilin sentyabrında Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Tərəflər bir-birini vəziyyəti gərginləşdirməkdə ittiham ediblər.  İrəvan cənub-şərq sərhədinin atəşə tutulduğunu elan edib. Rəsmi  Bakı isə bunu inkar edib.  Hər iki tərəfdən onlarla əsgərin öldüyü və yaralandığı barədə məlumatlar var.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol