• $
  • €
  • ₽
  • ₺
  • £

Livan Prezidenti öz postunu tərk etdi

Livan Prezidenti öz postunu tərk etdi
30.10.2022 17:08
Prezidentlik müddəti başa çatmış Livan Prezidenti Mişel Aun öz postunu tərk edib. Bu ölkədə davam edən ağır sosial-iqtisadi böhran və daxili çəkişmələr fonunda parlament yeni dövlət başçısını seçə bilməyib və dövlət başçısının səlahiyyətlərini Baş nazir Nəcib Mikati yerinə yetirir.

"Qafqazinfo" "Lebanon24” telekanalına istinadən xəbər verir ki, xristian dininə mənsub olan 89 yaşlı Mişel Aunun prezidentliyi dövründə Beyrutda 220 nəfərin ölümü ilə nəticələnən partlayış və dərin maliyyə-iqtisadi böhran baş verib. Bununla belə, Livan xalqı onun Hezbollah hərəkatı və xristian icması arasında barışdırıcı mövqeyini təqdir edib. 2016-cı ildə prezident seçilmiş Mişel Aun maronit xristianlar və müsəlmanlar arasında konsensus əldə edə bilib. Bu günlərdə isə Livan qonşu İsrail ilə dəniz sərhədlərinin demarkasiyasına dair saziş imzalayıb.

Xalqa müraciətində prezident postunu tərk etdiyini açıqlayan Mişel Aun bildirib ki, Livanın bu ağır günlərində siyasətlə məşğul olmağa davam edəcək

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol