Erməni KİV: Ermənistan və Azərbaycan parlamentlərarası görüşü gözlənilir

Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli parlamentlərarası danışıqlar yaxın günlərdə baş tuta bilər.Bu barədə Ermənistanın yerli mətbuatı məlumat verib.
"Gələn həftə Rusiya Federasiya Şurası Ermənistan və Azərbaycan qanunvericiləri ilə üçtərəfli parlamentlərarası dialoq aparmaq üçün danışıqlar qrupunun yaradılmasını müzakirə edəcək", - erməni mediası yazır.
Ermənistan və Azərbaycan xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyi haqqında müddəa Rusiya, Ermənistan və Azərbaycan başçıları arasında oktyabrın 31-də Soçidə keçirilmiş danışıqların yekunlarına dair qəbul edilmiş üçtərəfli bəyanatda öz əksini tapıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























