• $
  • €
  • ₽
  • ₺
  • £

Rus general Azərbaycanı hədələdi

Rus general Azərbaycanı hədələdi
29.05.2020 08:44
Gümrü şəhərində olan 102-ci hərbi bazanın hava hücumundan müdafiə qüvvələri Ermənistana təhlükə olacağı təqdirdə erməni ordusu ilə birgə hərəkət edəcək.ANN.Az Modern.az-a istinadən xəbər verir ki, “Regnum”-un verdiyi məlumata görə, bunu Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Pavel Kuroçenko deyib. Rus general hava hücumundan müdafiə üçün aviasiyaların birgə nəzarət məntəqəsinin də yaradıldığını xatırladıb. O bildirib ki, 102-ci hərbi bazada erməni tərəfinin döyüş növbəsi Rusiya hərbçiləri ilə birgə vahid plan üzrə hərəkət edir.“Biz həmçinin Rusiya və Ermənistanın hava hücumundan müdafiənin vahid regional sisteminin yaradılması planı üzərində də işləyirik” - deyə P.Kuroçenko qeyd edib.Xatırladaq ki, sözügedən hərbi hissənin polkovniki Andrey Ruzinski də bir müddət öncə belə bir bəyanatla çıxış edib.  Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümrü hərbi bazası 1995-ci ildə müqavilə əsasında fəaliyyətə başlayıb. Hərbi hissə MDB-nin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. 2010-cu il avqustun 20-də tərəflər bazanın yerləşdirilməsi haqqında müqavilənin müddətini artırıblar. 1995-ci ildə imzalanan müqavilənin müddəti isə 25 il təşkil edirdi. Hazırda isə sənəd 2044-cü ilədək qüvvədə olacaq.  Bu tipli açıqlamalar Rusiyanın işğalçı Ermənistana hərbi dəstəyinin açıq ifadəsidir.Belə bəyanatlar Azərbaycanın işğal altında olan öz torpaqlarını azad etmək üçün haqlı hərbi müdaxilə ehtimallarına reaksiyadır.   ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol