• $
  • €
  • ₽
  • ₺
  • £

Zəfər memarı dövrünün qalib nəsilləri

Zəfər memarı dövrünün qalib nəsilləri
08.11.2022 10:45


 

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cəbhədə əks-hücum əməliyyatına başlanması, ölkə ərazilərinin işğaldan azad edilməsi, suverenliyinin bərpasına aid əmr verdi - Qələbə çalmaq əmrini.

 

 

Prezident İlham Əliyev düz 17 il ərzində ölkəni məhz bu günə hazırlayırdı. Hakimiyyət möhkəmləndirilir, ordu gücləndirilirdi, iqtisadiyyat inkişaf edir, diplomatik sahədə uğurlar əldə olunur və ... təkcə mənəvi yox, həm də yüksək səviyyəli peşəkarlıqla Əmri – hamı və hər kəs üçün ən əsas olan bu əmri yerinə yetirməyə hazır olan yeni azərbaycanlılar nəsil formalaşdırılırdı.

 

 

Və əmr yerinə yetirildi. Mükəmməlcəsinə icra olundu. Azərbaycanın hərbi dəmir yumruğu düşmənin ordusunu əzərək, onu bizim torpaqlardan didərgin saldı, diplomatik yumruq isə onilliklər boyu uzanan bu münaqişənin həllinə mane olan, onu qızışdıran və davam etməsindən bəhrələnən tərəflərin yaratdığı danışıqlar meydanının üzərinə çökdü.


 

İndi cəmiyyətimizin qarşısında yeni vəzifələr, yeni çağırışlar durur ki, Cənab Prezidentin rəhbərliyi ilə onların öhdəsindən gələcəyimiz şəksizdir: həmrəyliyimizi qiymətləndirmək, ordunu daha da gücləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, diplomatik nailiyyətləri möhkəmləndirmək, azad olunmuş əraziləri bərpa etmək, Ali Baş Komandanın Əmrini yerinə yetirmiş nəslin qarşısındakı borcu ödəmək və.... yeni Qələbə nəsli yetişdirmək.

 

 

Qələbə üçün doğulmuş nəsil. Qələbədən doğulmuş nəsil. Bunlar Azərbaycanın iki nəsli, İlham Əliyev dövrünün iki nəslidir.

 

 

2020-ci il noyabrın 8-də Şuşanın azad olunmasına dair şad xəbəri xalqa çatdırarkən Prezident İlham Əliyev qeyd etmişdi: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

 

Bütün Azərbaycan xalqı xoşbəxtdir ki, bunu bacardı, yolundan dönmədilər, hədəfə çatdılar. İndi isə noyabrın 8-də bütün Azərbaycan bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və ondan sonra Prezident İlham Əliyevin nida işarəsini qoyduğu Şanlı Qələbəni qeyd edir.

 

Qədim filosof deyib ki, "başqaları üzərində qələbə qüvvət verir, özünə qalib gəlmək isə qüdrət".

 

İlham Əliyevin başçılığı altında biz hər iki qələbəni qazanmışıq. Özümüzə qalib gəlməklə qüdrətləndik və qüvvətlənməklə düşməni darmadağın edə bildik.

 

Biz bu günlərdə əziz şəhidlərimizinxatirəsini yad edirik. Çox istərdik ki, "müharibə qurbansız olmur” həqiqəti bizim itirdiyimiz əziz və doğma insanlardan yan keçsin. Onlar bizim qəlblərimizdə, yaddaşımızda, mahnı və şeirlərimizdə, dərsliklərimizdə, qanımız və genimizdə daim yaşayacaqlar. Çox arzulayardıq ki, məhz bu gün bizim yanımızda olsunlar, məhz onların sayəsində, şücaətləri sayəsində, Ali Baş Komandanın əmrini yerinə yetirmək üçün hərbi komissarlıqların qarşısında növbəyə dayanan İlham Əliyev nəslinin sayəsində mümkün olan Zəfər Gününü birgə qeyd edək.

 

 

İndi Cənab Prezidentin ölkəni daha böyük tərəqqiyə aparan siyasətinin icraçıları olmaq bizlərin hər biri, Azərbaycan vətəndaşları üçün böyük şərəfdir. Qarşıda bizi bərpa və inkişafa doğra aparan uzun bir yol gözləyir. Bu yol da bizə çoxlu qəhrəmanlar yetişdirəcək, saysız uğurlar gətirəcək. İndi əsas olan ən önəmli nailiyyətimizi– artıq qorxmazlıq əldə etmiş qalib millətin Müzəffər Liderin ətrafındakı həmrəyliyini və birliyini dəyərləndirməkdir.

 

P.S. Demək olar hər gün olduğu kimi, bu gün də bizim Yasamal rayonunda şəhid ailələri, birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri ilə görüşlərimiz baş tutur. Eləcə də, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılar Zəfər Gününü qeyd edirlər. İnanın, xalqımız özü və Lideri ilə fəxr edir. Xalq özünün ən vacib tarixi missiyalarından birini həyata keçirdi.İndi isə hər birimiz üçün ən əsası - doğma Azərbaycanımızın inkişafı və çiçəklənməsidir. Və əlbəttə, biz birlikdə güclüyük!

 


Elşad Həsənov

Yasamal rayon İcra Hakimiyyətinin başçısı

 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol