• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Əzimov: “İntensivləşmə yoxdur”

Araz Əzimov: “İntensivləşmə yoxdur”
10.04.2014 10:36
“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda intensivləşmənin getdiyini demək olmaz. Qarşı tərəfin mövqeyində heç bir dəyişiklik yoxdur və dəyişiklik üçün də tendensiya görünmür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, rəsmi Bakının ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gileyləri həmişə çox olub: “Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı həmsədr ölkələr arasında münasibətlər məncə həddən artıq gərginləşib. İnanmıram ki, Minsk Qrupu çərçivəsində onlar bir araya gəlib ortaq məxrəcin axtarışı ilə ciddi məşğul olsunlar. Əgər Minsk Qrupunda hansısa həll görüntüsü yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü növbəti görüş olub. Anladığım və dəyərləndirdiyim qədər, Ermənistanın xarici işlər naziri həmişəki kimi inkarçılıq mövqeyində dayanıb. Azərbaycan tərəfini belə vəziyyət heç cür qane edə bilməz”. Prezidentlərin görüşünə gəldikdə isə, A. Əzimov bu barədə heç bir şərh verə bilməyəcəyini vurğulayıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol