• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev İran-Azərbaycan əlaqələrindən danışdı

İlham Əliyev İran-Azərbaycan əlaqələrindən danışdı
09.04.2014 16:43
Azərbaycan və İran arasında rəsmi sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani mətbuata açıqlama veriblər. APA-nın Tehrana ezam olunmuş əməkdaşının məlumatına görə, İ. Əliyev İranın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin çox vacib olduğunu söyləyib. Dövlət başçısı bəyan edib ki, bu münaqişə BMT qətnamələri çərçivəsində öz həllini tapmalıdır: “Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır. Bu baxımdan İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya qoyduğu mövqe ədalətə daha yaxındır və bu mövqeyə görə sizə minnətdarıq. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb”. Azərbaycan prezidenti vurğulayıb ki, iranlı həmkarı ilə müxtəlif sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparıb: “İki ölkə arasında iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar var, həmçinin enerji sahəsində əməkdaşlıq uğurludur. Bu gün enerji sahəsində imzalanmış müqavilə iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək. Eyni zamanda, Azərbaycan və İran hərbi sahədə də əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə yollar axtaracaq. Təbii ki, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. İki ölkə arasında tarixi bağlılıq insanlar üçün çox vacibdir və xalqlarımız uzun illərdir dinc şəraitdə birgə yaşayırlar. Azərbaycan və İran xalqlarını dərin tarixi və mədəni köklər bağlayır və bu gün iki ölkənin əlaqələri bu möhkəm zəmin üzərində qurulub. Əminəm ki, bütün qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq və birgə səylərlə digər sahələrdə də İran-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıracağıq”. İ. Əliyev İrana səfərindən məmnun olduğunu qeyd edib: “Mən bu səfəri İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük addım hesab edirəm. Bu, mənim İrana üçüncü rəsmi səfərimdir. Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etməsini istəyirik və buna nail olmaq üçün indi çox gözəl imkanlar var. Biz ilin əvvəlində Həsən Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatında bizim fəaliyyətimiz çox uğurludur”. İlham Əliyev İran prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. H. Ruhani münasib bir zamanda Azərbaycana gələcəyini açıqlayıb. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol