• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev sabah İrana rəsmi səfər edəcək

İlham Əliyev sabah İrana rəsmi səfər edəcək
08.04.2014 23:17
Azərbaycan prezidenti İlham Əliyev sabah İrana rəsmi səfər edəcək.APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfər İran prezidenti Həsən Ruhaninin dəvəti əsasında həyata keçiriləcək.Azərbaycan prezidenti aprelin 9-da Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı tərəfindən rəsmi şəkildə qarşılanacaq.Bundan əlavə, İ. Əliyev və H. Ruhaninin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacağı bildirilir.Eyni zamanda hər iki ölkənin prezidenti arasında bir sıra sənədin imzalanması gözlənilir.İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan prezidentinin İrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi və sürətlənməsi baxımından mühümdür.Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər və müzakirələr qədim bağlar, tarixi, mədəni və dini ortaqlıqlara əsasən geniş olduğuna görə inkişaf üçün xeyli sahələr var: “Azərbaycan prezidentinin İrana səfəri zamanı imzalanması planlaşdırılan sənədlər artıq hazırdır. Hər iki ölkənin prezidenti regional məsələlər barədə də fikir mübadiləsi aparacaq. Bu görüşdə İranla Azərbaycanın dostluq və qardaşlıq sahəsində irəliyə doğru bir addım atacağına ümidvarıq. Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasında münasibətlərin genişləndirilməsi və sürətləndirilməsi üçün başlanğıcdır. İnşallah, İlham Əliyevin səfərinin yaxın gələcəkdə iki ölkənin mənafeyinə müsbət təsirləri olacaq”.İran XİN sözçüsü həmçinin Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da Tehrana səfər edəcəyini deyib: “Hər bir ölkənin diplomatik qaydasına əsasən səfərdə prezidentləri nazirləri müşayiət edirlər. Ona görə də Azərbaycan müdafiə nazirinin prezident İlham Əliyevin İran səfərindəki nümayəndə heyətinin tərkibində olması təbii və məqsədəuyğundur. İki ölkə münasibətlərini genişləndirməkdə qətiyyətlidir. Məsələ ondadır ki, münasibətləri möhkəmləndirmək istəyən ölkələrin bir sıra diplomatik mərhələləri və münasibətləri keçməsi lazımdır. Bununla həmin ölkələr daha yaxşı münasibətlər qurur. Xoşbəxtlikdən hər iki ölkə qədim əlaqələrə və ortaq cəhətlərə görə bu mərhələləri keçməklə bir addım öndədir”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol