Ukraynadan bir qrup uşaq və gənc Azərbaycana gətirilib

Ukraynadakı müharibədən əziyyət çəkmiş 30 nəfər ukraynalı uşaq və gənc reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn həmin uşaq və gənclər Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcək.
Mərkəzdə uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























