Ukrayna DİN müharibədə həlak olan dinc sakinlərin sayını açıqlayıb

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada işğalçıların atəşi nəticəsində 9 400-dən çox dinc sakin həlak olub. Ölənlər arasında 461 uşaq var, 6 800 nəfər isə yaralanıb.
Bu barədə daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bildirib.
"Milli Polisin məlumatına görə, 9 400-dən çox dinc sakin ölüb, 6 800-ə yaxın insan yaralanıb. Təəssüf ki, onların arasında uşaqlar da var: Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 461 uşaq ölüb”, - o deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























