• $
  • €
  • ₽
  • ₺
  • £

Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırdı

Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırdı
08.04.2014 09:00
Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının son plenar iclasında Assambleya üzvləri sərbəst müzakirələr keçiriblər.APA-nın məlumatına görə, müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva da çıxış edib. “Bu yaxınlarda Ermənistan Silahlı Qüvvələri müntəzəm şəkildə atəşkəsi pozublar və erməni snayperləri öz mövqelərindən sərhədə bitişik kəndlərdə yaşayan mülki şəxsləri atəşə tutublar.  9 gün əvvəl millət vəkili olaraq təmsil etdiyim Tovuz rayonunun Əlibəyli kənd sakini, mülki şəxs Etibar Tağıyev Ermənistan silahlı qüvvələrinin onun evini atəşə tutması nəticəsində yaralanıb, ailə üzvləri isə ciddi xəsarətlər alıblar. Bundan başqa, digər mülki şəxs Rəşad Əliyev və onun ailəsi eyni aqibətlə üzləşib. Bir neçə gün əvvəl Ruhiyyə Hüseynova, Adil Musayev və Etibar Quliyev də Ermənistan silahlı qüvvələri tərəfindən yaralanıblar”, - Q.Paşayeva çıxışında qeyd edib. Mülki şəxslərin snayperlər tərəfindən vurulması kimi bu cür faktlarla digər sərhədboyu ərazilərdə də rast gəlindiyinə deyən millət vəkili bu siyahını uzada biləcəyini vurğulayıb: “Biz AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlara zərər vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq.  Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub, artıq 20 ildən artıqdır ki, torpaqların bir hissəsini işğal altında saxlayır, BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur, 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir, üstəlik, snayperləri mülki şəxsləri atəşə tutmaqda davam edirlər”. Cəbhə bölgəsində yaşayanların AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözlədiklərini deyən Q.Paşayeva Assambleyanı bu məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə çağırıb: “ Mən 1 milyon qaçqın və məcburi köçkün adından danışıram, onlar 20 idir ki öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur.  AŞPA Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi yanaşmalıdır. AŞPA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq, təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞPA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq Ermənistan onu yerinə yetirməkdən imtina edir”. Qənirə Paşayeva bu gün AŞ ərazisində qaçqın və məcburi köçkünlərin təqrbən yarısınin Azərbaycanda yaşadığını qeyd edərək, yaxın gələcəkdə Cənubi Qafqazda məcburi köçkünlərin vəziyyəti ilə bağlı xüsusi müzakirələr aparmağa çağırıb: “Mən Assambleyanı bu adamlara ciddi yanaşmağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə çağırıram. Suriyada baş verən son hadisələr hər kəsi narahat edir. Təəssüfedicidir ki, Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərdən öz təcavüzkar xarici siyasətinin aləti kimi istifadə edib, onları Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirir. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar vəziyyəti daha da gərginləşdirməklə münaqişənin sülh yolu ilə həll edilməsinə xələl yetirir. AŞPA Ermənistandan bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklər ilə ziddiyyət təşkil edən bu cür hərəkətləri dayandırmağı tələb etməlidir". ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol