• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
15.12.2022 14:19
Prezident İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
 
Prezident İlham Əliyev Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edib, ona təşkilatın üzv dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətindəki işində uğurlar arzuladı və əminliyini bildirib ki, o, Təşkilat çərçivəsində sıx əməkdaşlığın həyata keçirilməsində səylərini əsirgəməyəcək.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinə toxunan Prezident İlham Əliyev Təşkilatın beynəlxalq səviyyədə önəminin artdığını məmnunluqla qeyd edib, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasına xidmət etdiyini bildirib, bu baxımdan ötən ay Təşkilatın Səmərqənddə keçirilən IX Zirvə Görüşünün əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi azərbaycanlı həmkarları ilə sıx təmasda olacağına əminliyini bildirib.
Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən qonaq TDT-ni yaradan dövlətlər sırasında ilk ölkə olaraq Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və Təşkilatın fəaliyyətinin güclənməsində ölkəmizin fəal rolunu xüsusi vurğulayıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və ərazilərimizin işğaldan azad edilməsi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün böyük önəm daşıyır. Kubanıçbek Ömüralıyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirib.
Söhbət zamanı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 
 ******
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
 
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol