• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Rumıniya prezidentlərinin görüşü olub - YENİLƏNİB

Azərbaycan və Rumıniya prezidentlərinin görüşü olub - YENİLƏNİB
17.12.2022 17:43
Dekabrın 17-də Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti qeyd olunub, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi bildirilib. Xüsusilə Avropanın enerji təminatının yaşıl enerji mənbələri hesabına həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və bu işə Azərbaycanın mühüm töhfəsi qeyd olunub.

Görüşdə ikitərəfli münasibətlərlə bağlı da fikir mübadiləsi aparılıb. Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlindiyi bildirilib və gələn ilin yanvarında bu işə başlanılacağı ifadə edilib. Həmçinin SOCAR-ın Rumıniyada uzun illər uğurla fəaliyyət göstərdiyi vurğulanıb, bu fəaliyyətin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Söhbət əsnasında Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılmasının mümkünlüyü barədə də fikir mübadiləsi aparılıb. Bunun, eyni zamanda, Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə töhfə verəcəyi qeyd edilib. Bu proseslərin öz növbəsində Mərkəzi Asiya ilə Avropa arasında tranzit əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunulub, bu əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların uğurla davam etdirildiyi bildirilib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol