• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ukrayna müharibəsində günün əsas HADİSƏLƏRİ

Rusiya Ukrayna müharibəsində günün əsas HADİSƏLƏRİ
22.12.2022 20:56
Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsindən 302 gün keçir.

Müharibənin bu gününə olan əsas hadisələr:

New York Times jurnalistləri öz araşdırmaları zamanı bu ilin mart ayında Buçada mülki vətəndaşları öldürən onlarla rus əsgərini müəyyən ediblər. NYT xəbər verir ki, cinayətləri 234-cü Hava Hücum Alayının üzvləri törədib.

MAQATE-nin baş direktoru Rafael Qrossi Moskvada "Rosatom”un rəhbəri ilə Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması ilə bağlı danışıqlar aparıb. Qrossi bildirib ki, görüşün məqsədi stansiyada nüvə insidentinin qarşısını almaqdır.

Ukrayna hakimiyyətinin hesablamalarına görə, Rusiyanın işğalından sonra ölkəni tərk edən 5-7 milyon ukraynalı xaricdə qalıb.

Kiyev OVA-dan bildirilib ki, paytaxtda elektrik enerjisi ilə bağlı vəziyyət çətin olaraq qalır. Hakimiyyət orqanlarının fikrincə, problemlər elektrik enerjisinin istehsalında deyil, onun istehlakçılara çatdırılmasındadır - əsas şəbəkələrin zədələnməsi səbəbindən.

Britaniya kəşfiyyatı müharibənin 302-ci günündə bildirdi ki, belarus təlimatçıları rusiyalı ehtiyatda olan hərbçiləri yetişdirməyə başlayıb, bu, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Britaniya kəşfiyyatının gündəlik xülasəsinə əsasən, Rusiya hərbi strukturunun həddən artıq gərginləşməsinə görədir.
 
Gülnar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol