• $
  • €
  • ₽
  • ₺
  • £

Aclıq aksiyasının 8-ci günündə Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib

Aclıq aksiyasının 8-ci günündə Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib
22.12.2022 22:35
1 nömrəli Bakı cəzaçəkmə müəssisəsində səkkiz gündür ki , aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyəti  pisləşib. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

"Bəxtiyar Hacıyev  dedi ki, bu gün onun təzyiqi 90/60, hərarəti 35,4, nəbzi 76-ya düşüb. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kq olub. Beləliklə, o, artıq 5 kq arıqlayıb. Zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Lakin o, azadlığa çıxana qədər aclıq aksiyasını davam etdirəcək”, - vəkil bildirib.

Onun sözlərinə görə, bir gün əvvəl Bəxtiyar Hacıyev istintaq təcridxanasının sanitar qovşağına köçürülüb.

Vəkil onu da bildirib ki, dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində fəalın ev dustaqlığına buraxılması ilə bağlı şikayətinə baxılacaq.

"Biz apellyasiya məhkəməsindən həbs-qətimkan tədbirinin dəyişdirilməsini gözləyirik", - Cavadov bildirib.
 
Onun sözlərinə görə, Hacıyevə qarşı irəli sürülən ittihamlarla  o həbs edilməməli idi.  Söhbət ictimai təhlükə yaratmayan cinayətlərdən gedir. Hacıyevi 1,5 ilə qədər həbs gözləyir. Qanuna əsasən, təqsirləndirilən şəxsə 3 ildən artıq həbs cəzası nəzərdə tutulursa şəxsin həbs edilməməsimə icazə verilir. Ümid edirik ki, məhkəmə həbs qərarını ləğv edəcək”, - vəkil bildirib.

Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sgün müddətinə  həbs qərarı çıxarıb. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib, Hacıyevin özü isə məhkəmənin şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclıq aksiyasına başlayacağını vəd edib.

Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol