• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Özbəkistanın Baş nazirini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Özbəkistanın Baş nazirini qəbul edib - YENİLƏNİB
24.12.2022 16:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevi qəbul edib.
 
Dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı baxımından 2022-ci ilin də çox uğurla başa çatdığını bildirərək bu il Özbəkistana 3 dəfə səfər etdiyini xatırlatdı. Prezident İlham Əliyev bu səfərlər zamanı keçirilən görüşlərdə əməkdaşlığın genişlənməsi ilə bağlı müəyyən edilmiş bütün sahələr üzrə qarşıya qoyulan məqsədlərə çatmaqdan məmnunluğunu ifadə etdi və 2023-cü ildə də əlaqələrin inkişaf dinamikasının saxlanılacağına əminliyini bildirdi. Dövlət başçısı sənaye, kənd təsərrüfatı, hərbi-texniki, nəqliyyat, təhsil sahələrində və digər sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün yaxşı zəmin yaradıldığını vurğulayıb.
 
Cəmşid Xocayev, ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ad günü münasibətilə təbriklərini dövlət başçısına çatdırdı, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında şəxsi əlaqələrin münasibətlərin inkişafında rolunu xüsusi olaraq qeyd etdi, belə bir əlamətdar gündə Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük şərəf hissi duyduqlarını deyib.
 
Prezident İlham Əliyev salamlara və təbrikə görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.
 
Torpaqların işğaldan azad edilməsi və Vətən müharibəsində əldə olunan Qələbə münasibətilə dövlət başçısını təbrik edən Cəmşid Xocayev vurğuladı ki, bu, bütün Türk dünyasının Qələbəsidir. Qonaq dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafını və əldə etdiyi nailiyyətləri xüsusi qeyd edib.
 
Görüşdə ikitərəfli münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıldı, ticarət dövriyyəsinin artdığı qeyd olundu, birgə investisiya fondunun yaradılması istiqamətində dövlət başçıları arasında müvafiq razılığa əsasən həyata keçirilən iş barədə danışılıb.
 
Söhbət zamanı nəqliyyat, istehsalat kooperasiyası, energetika, yüngül sənaye, xüsusilə ipəkçilik və pambıqçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. (modern.az)
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol