• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyevin şəxsi yazışmalarının yayılması cinayət əməlidir- Ələsgər Məmmədli

Bəxtiyar Hacıyevin şəxsi yazışmalarının yayılması cinayət əməlidir- Ələsgər Məmmədli
27.12.2022 17:40
Dekabrın 26-da həbsdə olan ictimai fəal Bəxtiar Hacıyevin şəxsi kompüter sisteminə müdaxilə edilərək onun şəxsi yazışmaları yayılıb.
 

Hüquqşünas Ələsgər Məmmədli məsələyə öz feysbuk hesabında şərh bildirib.
 
O qeyd edib ki, hər hansı şəxsin özünün icazəsi olmadan onun şəxsi yazışma sirrini pozma AR Cinayət Məcəlləsinin 155-ci maddəsi ilə cinayət əməli hesab olunur.
 
"Cinayət Məcəlləsinin 156-cı maddəsi isə "şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması”nı cinayət əməli hesab edir”, - hüquqşünas bildirib.
 
Ələsgər Məmmədlinin sözlərinə görə, Cinayət Məcəlləsinin 271-ci maddəsi "kompüter sisteminə qanunsuz daxil olma”nı, 272-ci maddə isə "Kompyuter məlumatlarını qanunsuz ələ keçirmə”ni cinayət əməli sayır və hətta dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacağını bildirir.
 
"Cinayət Prossesual Məcəllənin 46.2-ci maddəsi isə  "Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə və ya kütləvi informasiya vasitəsinin məlumatlar”nı göstərir. Yəni qanunvericilik bu sahədə səlahiyyətli qurum olan prokurorluğun kütləvi informasiya vasitəsinin məlumatları əsasında cinayət işini başlamalı olduğunu nəzərdə tutub”, - hüquqşünas bildirib.
 
.
Ələsgər Məmmədlinin sözlərinə görə, dövlətin vəzifəsi bununla məhdudlaşmır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında əsasnamənin 3.1.8. müddəasına əsasən bu Xidmət "istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması, baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə”- hər bir istifadəçinin məlumatlarını toplayır və saxlayır.

"Bu qurumun saxlanmasına və fəaliyyətinin təşkilinə  hər il milyonlarla vəsait ona görə xərclənir ki, istifadəçilərin yəni həm də fərdlərin kiberhücumlara məruz qalmasını önləsin və bu müdaxilələr olduqda onun mənbəyini, səbəbini, səbəbkarını müəyyən edən addımlar atsın”. – hüquqşünas qeyd edib.
 
İctimai fəal Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib.
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur və bir-birini böhtanda ittiham edirdilər.
 
İctimai fəal şikayətinə bxılmamasına etiraz olaraq dekabrın 15-dən aclıq aksiyası keçirir.
 
Lida Abbaslı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol