BMT baş katibi: “2015-ci il qlobal seçim ili olacaq”

BMT baş katibi Pan Qi Mun dünyanın təkbaşına həll oluna bilməyən böyük problemlər ilə qarşılaşdığını bildirib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pan Qi Mun Praqa Universitetində çıxış edərkən bəyan edib.
“Hazırda biz yol ayırıcısındayıq. Bu gün dünyanın qlobal gündəliyində üç məsələ mövcuddur ki, onlar gələcək nəsillərin həyatına təsir göstərəcək: yoxsulluğun, aclığın, xəstəliklərin miqyasının azaldılması; sabit inkişafın irəlilədilməsi; iqlim dəyişikliyi problemi. Bununla belə, 2015-ci il qlobal seçim ili olacaq”- deyə Pan Qi Mun vurğulayıb.
Qeyd edək ki, 2014-cü ilin sentyabrında Nyu-Yorkda, 2015-ci ildə iqlim dəyişikliyi üzrə hüquqi razılaşmanın əldə olunması məqsədilə xüsusi sammit keçiriləcək.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























