• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş döyüşçülər cəbhədə xidmət keçmək üçün müraciət edirlər

Keçmiş döyüşçülər cəbhədə xidmət keçmək üçün müraciət edirlər
03.04.2014 18:19
Azərbaycan Müdafiə Nazirliyi son günlər I Qarabağ müharibəsi veteranlarının cəbhə xəttində xidmətlə bağlı müraciətinə münasibət açıqlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son günlər keçmiş döyüşçülər, müxtəlif veteran təşkilatları Silahlı Qüvvələrimizə dəstək ifadə edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə xidmət keçən şəxsi heyətə dayaq olacaqları ilə bağlı rəsmi və kütləvi informasiya vasitələri ilə Müdafiə Nazirliyinə xeyli sayda müraciət ünvanladıqlarını bəyan edib. «Bu proses əsasən cari ilin əvvəlindən düşmən tərəfindən atəşkəs rejiminin pozulması intensivliyinin artması nəticəsində müşahidə olunan gərginlikdən sonra daha da çoxalıb. Bu məzmunlu müraciətlər bu gün də Müdafiə Nazirliyinə daxil olmaqdadır və onlar diqqətlə nəzərdən keçirilir. Onu da bildiririk ki, yaş həddi, sağlamlığı, hərbi hazırlığı və nizam-intizamı yüksək olan, ixtisaslı hərbi vəzifəlilər ehtiyac olduğu halda, qanunvericiliyin tələblərinə uyğun mütəmadi olaraq Silahlı Qüvvələr sıralarına çağırılır», - deyə məlumatda qeyd olunur. Məlumatda deyilir ki, Müdafiə Nazirliyi hazırda müharibə veteranları təşkilatları ilə sıx əlaqələr quraraq görüşlər keçirir və birgə yerinə yetiriləcək tədbirləri planlaşdırır: «Müharibə veteranlarının yenidən cəbhədə, düşmənlə üz-üzə xidmət etmək arzusu və çağırışları hazırda Silahlı Qüvvələrdə xidmət edən şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir. Keçmiş döyüşçülərin vətənpərvərlik çağırışları ilə zəngin müraciətləri şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərir, Müdafiə Nazirliyinin rəhbərliyi də bu təşəbbüsü yüksək qiymətləndirir və onların hər birinə minnətdarlığını bildirir». ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol