Emoməli Rəhmon İlham Əliyevi Tacikistana dəvət etdi

Azərbaycan prezidenti İlham Əliyev aprelin 3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib.APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Tacikistan prezidenti Emoməli Rəhmonun ölkəmizə səfərini xatırladan prezident bu səfərin əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Dövlət başçısı ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Öz növbəsində, S. Aslov prezident E. Rəhmonun Azərbaycan prezidenti İ. Əliyevi Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlət başçısına təqdim edib. Görüşdə Azərbaycanla Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanıb, ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























