• $
  • €
  • ₽
  • ₺
  • £

İrandakı Azərbaycan səfirliyinə hücum siyasi mesaj ola bilərmi? - AÇIQLAMA

İrandakı Azərbaycan səfirliyinə hücum siyasi mesaj ola bilərmi? - AÇIQLAMA
27.01.2023 12:08
İranın Azərbaycandakı səfirliyinə yanvarın 27-də silahlı hücum olub. Nəticədə hücum edən şəxs "kalaşnikov" markalı avtomatla səfirliyin mühafizə xidməti rəisini qətlə yetirib. Hadisə nəticəsində səfirliyin digər 2 şəxsi yaralanıb. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq hadisənin araşdırılacağı və təfərrüatı barəsində ictimaiyyətə məlumat verəcəyini bildirib.
 
İrandakı Azərbaycan səfirliyinə hücum Azərbaycana hər hansı bir mesaj ola bilərmi? 
 
Milli Məclisin beynəlxalq münasibətlər komitəsinin üzvü deputat Sabir Rüstəmxanlı bunun hər hansı qüvvələr tərəfindən bir təxribat olduğunu açıqlayıb. 
 
"Bu hadisəni çox ciddi təxribat kimi qiymətləndirmək olar. Son çıxışlarımızda İranda yaşayan vətəndaşlarımızla bağlı bir çox tələb və istəklərimiz var idi, amma bununla yanaşı son günlər Azərbaycan və İran xarici işlər nazirlərinin çox yüksək diplomatik görüşləri olub. Bu görüşlər də iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin güclənməsi istiqamətində irəliləyirdi. Hesab edirəm ki, səfirliyə edilən hücum təxribatdır. İnanmıram ki, İran rəsmi dairələri bu işdə maraqlı olsunlar. Bu işdə başqa qüvvələrin əli var. Erməni və Avropa ölkələri bu işdə maraqlı ola bilərlər. Hansı ki, onlar Azərbaycan-İran münasibətlərinin normallaşmasını istəmirlər. Bu məsələ diqqətlə araşdırılmalıdır və İran rəsmiləri Azərbaycanın nə qədər narazı olduğunu anlamalıdır" - deputat bildirib. 
 
 
Siyasi məsələlər üzrə ekspert Elxan Şahinoğlu bildirib ki, baş verən hadisənin qatilləri tapılsa da, iki ölkə arasında münasibətlərdə əlavə gərginlik mənbəyi kimi qalacaq. 
 
"Səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə İran dünyanın "lider” dövlətlərdəndir. İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət edib. Ancaq İranın sözdə dost və tərəfdaş adlandırdığıı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram. Bunu da etdilər. Qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq" - ekspert bildirib. 
 
İrandakı Azərbaycan səfirliyinə hücum edən şəxs Yasin Hüseynzadə artıq saxlanılıb. Bu barədə İran mətbuatına Tehran polisinin komandiri general Hüseyn Rəhimi  məlumat verib. Onun sözlərinə görə hadisəni törədən şəxs səfirliyin binasına iki uşaqla daxil olub və  ilkin sorğu-sual zamanı hücum edən şəxs atışmanın motivi kimi "şəxsi və ailə problemlərini” göstərib.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol