• $
  • €
  • ₽
  • ₺
  • £

QHT-lər Azərbaycan səfirliyinə silahlı hücumla bağlı bəyanat yaydı

QHT-lər Azərbaycan səfirliyinə silahlı hücumla bağlı bəyanat yaydı
28.01.2023 12:12
Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb.
 
Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının nümayəndələri olaraq 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk. Bu hücum birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüququn pozuntusudur. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir”. Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib.
 
Xüsusən 2020-ci il Vətən Müharibəsindən sonra İranda, o cümlədən İran mediasında və müxtəlif qurumlarda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması, Azərbaycana qarşı mənfi münasibətlər bu terror aktının törədilməsinə bir növ şərait yaratmışdır. İranda Azərbaycanın diplomatik korpusuna qarşı əvvəllər də müxtəlif xarakterli təhdidlər olub, bu haqda İrana müraciətlər olunub. Buna baxmayaraq İran dövləti bu təhdidlərin qarşısının alınması istiqamətində heç bir fəaliyyət göstərməyib və nəticədə bu xain terror aktı törədilib.
 
Terror aktını törədən şəxsin sərbəst şəkildə Azərbaycan Səfirliyinə gəlişi, "kalaşnikov”la səfirliyə hücumu öncədən planlaşdırılmış və bu hadisənin qarşısının alınması üçün İran tərəfindən heç bir addım atılmamışdır.
 
Hadisə nəticəsində Azərbaycan səfirliyinin əməkdaşının həlak olması və digər əməkdaşların yaralanması bütün Azərbaycan xalqını dərindən sarsıtmışdır.
 
Ümid edirik, eləcə də tələb edirik ki, bu hadisəni sifariş edənlər və törədənlər ən ağır şəkildə cəzalandırılacaq və bu hallar bir daha təkrarlanmayacaq.
 
Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri olaraq hesab edirik ki, Azərbaycan səfirliyinə hücumun məsuliyyətini İran bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatçılığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalıdır. Eyni zamanda, İran İslam Respublikasından hadisəni törədənlərin, sifarişçilərin, cavabdehlərin tapılıb cəzalandırılmasını qətiyyətlə tələb edirik.
 
Bununla yanaşı, Azərbaycan qeyri-hökumət təşkilatları olaraq günahkarların layiqli cəza alması məqsədilə bütün beynəlxalq təşkilatlara müraciət edir və bu terror hadisəsinə qiymət verilməsini tələb edirik. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol