İran Prezidenti İlham Əliyevə zəng etdi

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Azərbaycannın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib.
Dövlət başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























