Soylu ABŞ-ı Avropanı idarə etməkdə ittiham edib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı Avropanı idarə etməkdə ittiham edib və Ankaranın işlərinə qarışmamağa çağırıb. Bu barədə "Milliyet” qəzeti yazıb.
Nazirin sözlərinə görə, problem Türkiyə üçün əsasdır.
"Eyni şeyi Avropada edirlər. Onlar Avropanı, Amerika səfirliyini idarə edirlər”, - Soylu bildirib.
O, ABŞ-ın Türkiyədə çevriliş planlaşdırdığını, lakin onların planlarının prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən pozulduğunu vurğulayıb.
Daha əvvəl Soylu ABŞ səfirini "çirkli əllərinizi Türkiyədən çəkməyə” çağırmışdı.
Ankarada da terror aktları təhlükəsi ilə əlaqədar İstanbuldakı konsulluqların bağlanması məsuliyyətsizlik adlandırılıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























