• $
  • €
  • ₽
  • ₺
  • £

Vardaryan Qarabağa qayıdıb istefa verə bilər - "Hraparak"

Vardaryan Qarabağa qayıdıb istefa verə bilər - "Hraparak"
08.02.2023 12:14
Separatçı "Dağlıq Qarabağ respublikası”nın "dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardaryan Moskvadan qayıtdıqdan sonra könüllü istefa verməsi gözlənilir, Bu barədə Ermənistanın  "Hraparak" nəşri yazıb. 
 
Nəşrin əldə etdiyi məlumata görə 10 gün əvvəl separtçı ""Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutyunan "Artsax"la bağlı vəziyyəti müzakirə etmək üçün Rusiyaya gedib və Moskvada kifayət qədər yüksək səviyyəli şəxslərlə görüş keçirib. 
 
Mənbənin yazdığına görə Araik Arutyunan Moskvadan yüksək əhval - ruhiyyədə qayıdıb. İndi hazırda Ruben Vardaryanın münasibətləri müzakirə olunur. Ehtimal var ki, o Qarabağa qayıtdıqdan sonra vəziyyəti sakitləşdirmək üçün könüllü istefa versin. 
 
Qəzet Ruben Vardaryanın hazırda Moskvada olduğunu qeyd edib. 
 
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlunun sözlərinə görə Vardaryanın Moskvaya getməsi "Vardaryan layihəsi"nin iflasa uğraması kimi qiymətləndirmək olar.
 
"O xüsusi bir missiya ilə Azərbaycana göndərilib. Ölkəmizin qətiyyətli mövqeyi qarşısında bu prosesin iflasa uğrması əvvəldən bəlli idi. Separatçı rejimin saxta dövlət nazirinin Ermənistanla da bağlı xüsusi missiyası var idi. Əgər bu layihə uğurlu olsaydı,sonrakı mərhələdə onun ermənistana müəyyən səlahiyyətlərə malik olması məsələsi gündəmə gələcəkdir", - deputat bildirib. 
 
Hikmət Babaoğlu hesab edir ki, Ruben Vardaryanın yük maşınında Laçın dəhlizindən keçərək getməsi sülhməramlılara olan ictimai inamın azaldır. 
 
"Azərbaycanın vaxtı azdır. Vardaryan Azərbaycanda qalsa idi, Azərbaycanın xüsusi əməliyyatları ilə qarşılaşa bilərdi. Ona görə də göndərildiyi ölkəyə geri qayıtdı" , - millət vəkili qeyd edib. 
 
Deputatın sözlərinə görə Araik Arturyanın da Qarabağdan keçib və yenidən oraya qayıtması beynəlxalq hüquqi səviyyədə araşdırılaraq hüquqi qiymətini almalıdır. 
 
Siyasi məsələlər üzrə ekspert Tural İsmayılov hesab edir ki, Ruben Vardaryanın Qarabağdan qaçması gözlənilən idi.
 
"Azərbaycan dəfələrlə Vardaryanın Qarabağa gəlməyini və Qarabağda yaşayan ermənilərin təmsilçisi kimi özünü təqdim etməyindən ciddi şəkildə narahatlığını bildirib. Keçmişi çirkli pulların dövrüyəsi ilə və bir çox illeqal fəaliyyət ilə dolu olan Vardaryanın gəlib hansısa özbaşına açıqlamalar verməsi qəbuledilən məsələ deyil. Rəsmi Bakı bununla bağlı Rusiya tərəfinə bununla bağlı narazılığını ifadə edib. Prezident də son çıxışında bildirib ki, kim ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəmir Rusiya sülhməramlıların yükdaşıma maşınları ilə gedə bilər. Bu gün Vardaryanın çıxıb Moskvaya getməsi bir daha göstərir ki, bu adam "zibil" kimi yaşamağı seçir. Ona görə də zibil daşınan yük maşınlarında gizli formada qaçır", - ekspert bildirib.
 
Fevralın 7-də "Caliber" nəşri Ruben Vardaryanın Ermənistana, oradan da Moskvaya getməsi barəsində xəbər yayıb. Bildirib ki, separatçı rejimin "dövlət naziri" sülhməramlılara aid yük maşınında Qarabağdan qaçıb. 
 
2022-ci ilin sentyabrın 1-də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdüyünü və Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. 
 
"Qondarma Dağlıq Qarabağ Respublikası"nın prezidenti Arayik Arutyunyan Ruben Vardanyanı 2022- ci il noyabrın 4- də dövlət naziri təyin edib.

 
Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları  var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Gülnar Nazimqızı  
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol