• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Azərbaycanda

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Azərbaycanda
01.04.2014 17:17
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb.APA-nın xəbərinə görə, Necdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra qonaqlar Türk Şəhidliyinə gəlib. Necdət Özəl oradakı xatirə kitabına ürək sözlərini yazıb.Baş Qərargah rəisi kitaba bu fikirləri qeyd edib: “Böyük türk millətinin qəhrəman övladları, sizlər Birinci dünya müharibəsindəki yaralarınızı sarımamış Azərbaycana gəldiniz. Gəncədən Bakıya döyüş yolu keçərək Azərbaycan Cümhuriyyətinin qurulmasında rol oynadınız. Siz bu qəhrəmanlığınızı tarixə yazdınız. İki ölkə bayraqlarının kölgəsində rahat uyuyun. Xatirəniz əbədi yaşayacaq”.  Daha sonra ordu generalı Necdət Özəl Müdafiə Nazirliyinə yola düşüb. Nazirlikdə onun şərəfinə fəxri qarovul düzülüb. Qonağı Azərbaycanın müdafiə naziri, general-polkovnik  Zakir Həsənov qarşılayıb. Qarşılanma mərasimində iki ölkənin dövlət himnləri səsləndirilib.  Sonra Müdafiə Nazirliyində görüş keçirilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol