Sahibə Qafarova Rusiyaya rəsmi səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin komitə sədrləri Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Sevinc Hüseynova, Əminə Ağazadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Moskvanın "Vnukovo 2” hava limanında nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədr müavini Aleksey Qardeyev, Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























