Əliyev və Paşinyanın Münhendə görüşü gözlənilmir - Ermənistan mətbuatı

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında iki ölkə arasında normallaşma prosesini müzakirə etmək üçün görüş planlaşdırılmır. Bu barədə cümə günü Ermənistan mətbuatı xəbər yayıb.
Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilir. Münhen konfrasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.
Paşinyan və Əliyev sonuncu dəfə 2022-ci il oktyabrın 31-də Soçidə Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























