İlham Əliyev Sarkisyanla görüşdü

Ermənistan və Azərbaycan prezidentləri Haaqada görüş keçiriblər. ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz "Twitter" səhifəsində yazıb. O, prezidentlərin qısa danışdıqlarını qeyd edib.“Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağda sülhün təmin olunması ilə bağlı dediklərinə həqiqətən sadiqdirlər?”, - deyə C.Uorlik sual edib. O qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri Haaqada Nüvə Təhlükəsizliyi Məsələləri üzrə Sammit çərçivəsində görüşüblər. Həmsədr "Twitter" istifadəçilərinə belə bir sual ünvanlayıb: "Tərəflər əvvəlkitək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini tapmasına tərəfardırlarmı?"ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























