“Qalatasaray” futbol klubunun prezidenti Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ” və İstanbulun "Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə "Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycan Prezidenti İlham Əliyevə klubun formasını hədiyyə verib.
Dursun Özbek dövlət başçısına komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ” və İstanbulun "Qalatasaray” komandaları arasında xeyriyyə oyununa baxıblar.
Matç "Qalatasaray" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























