• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail prezidenti Azərbaycanın ilk səfirinin etimadnaməsini qəbul edib

İsrail prezidenti Azərbaycanın ilk səfirinin etimadnaməsini qəbul edib
27.03.2023 10:21
İsrail prezidenti Yitzhak Hersoq Azərbaycanın yəhudi dövlətindəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini qəbul edib. Bu barədə İsrail prezidenti öz tvitter səhifəsində paylaşım edərək bildirib. 

"Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə təbrik edirəm. Bu təyinat diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdiyimiz üçün mühüm mərhələdir", - prezident paylaşımında yazıb. 


Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, yanvar ayında respublika Prezidenti İlham Əliyev Muxtar Məmmədovu diplomatik nümayəndəliyin rəhbəri təyin edib.
 
Martın 29-da Təl-Əvivdə Azərbaycan səfirliyinin rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulub, burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.

Azərbaycan İsraildə səfirlik açdığını elan edən ilk şiə ölkəsi olub. İki ölkə arasında 1992-ci ildən diplomatik əlaqələr mövcuddur. 1993-cü ildən Bakıda yəhudi dövlətinin səfirliyi fəaliyyət göstərir, Azərbaycanın hələ də Tel-Əvivdə ticarət nümayəndəliyi və turizm ofisi fəaliyyət göstərir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol