• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyevin Qarabağ siyasətini tənqid etsək adamın ağzı əyilər - DEPUTAT

Əliyevin Qarabağ siyasətini tənqid etsək adamın ağzı əyilər - DEPUTAT
04.04.2023 12:36
İlham Əliyevin Qarabağ siyasətini təndiq etmək vicdansızlıq olar, adamın ağzı əyilər. Bunu Milli Məclisin deputatı Razi Nurullayev Bu yaxınlarda partiya sədri Əli Kərimlinin iqtidar əlehinə səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.

"Bu yaxınlarda Əli Kərimli ağına-bozuna baxmadan müxalifətin, iqtidarın əleyhinə əsassız fikirlər səsləndirib.Daha qabağa gedərək 30 illik işğala son qoyan və bu gün də Qarabağda separatizmin kökünü kəsmək üçün ağır şərtlər altında siyasət quran Prezident İlham Əliyevi və hamımızı az qala xəyanətdə ittiham edir. O, Ukrayna xalqına alqış istəyir və deyir ki, onlar Rusiya ilə mübarizədə sınmırlar. Mən zaman-zaman bu hakimiyyətin daxili və bir sıra sosial siyasətini tənqid etsəm də, İlham Əliyevin Qarabağ siyasətini tənqid etmək vicdansızlıq olardı, adamın ağzı əyilər, Allah belə bu cür ədalətsiliyi götürməz axı”, - deputat bildirib.
 
Nurullayev deyir ki, bu adam ya xalqı avam sayır ya da qisas hissi o qədər gözünü tutub ki, nəticəsini hesablamadan xalqın hissi ilə oynayıb narazılıq dalğası yaratmaq istəyir.

"Azərbaycan ordusu niyə Xankəndinə girmədi və niyə Rusiya ilə müharibəyə başlamadıq? Deyir ki, biz dedik ki, Xankəndinə girmək lazımdır, amma sözümüzü dinləmədilər. Sən hansı qüvvənin, çəkinin və gizli məlumatın sahibisən ki, dediyin doğru olsun və sonra da yükün çəkə biləsən? Sən heç Elçibəydən qalan bir partiyanın bütövlüyün qoruya bilmədin, on yerə parçalandı, indi Azərbaycanı da beləcə parçalamaq niyyətiniz var. Bu təklifin mənası odur ki, Azərbaycan Rusiya ilə münaqişəyə girsin, münasibətlər pozulsun, Rusiya və İran Azərbaycana hücum etsin, Qərb isə sanksiyalar tətbiq etsin. Qarabağ təzədən əlimizdən çıxsın və sən də o qüvvələrdən biri ilə oynayıb hakimiyyətə gəlmək səyi göstərəsən. Bu cür düşüncə Azərbaycan xalqına xəyanətdir, şəhidlərimizin ruhunu təhqir etməkdir. Sən bu təkliflə Azərbaycanı 2008-ci ildə Gürcüstanın etdiyi səhvi təkrarlamağa sövq edirdin”, - millət vəkili vurğulayıb.
 
Deputat söyəyib ki, bu cür təxribatçı çıxışlara və təxribatçı siyasətçilərin fəaliyyətinə son qoyulmalıdır.
 
Millət vəkili Əli Hüseynli də bildirib ki, onlar daxildə olan düşmənlərimizdir.

]

Gülnar Nazimqızı 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol