• $
  • €
  • ₽
  • ₺
  • £

NATO: “Rusiyanın yeni davranış modeli dünyaya təhlükədir”

NATO: “Rusiyanın yeni davranış modeli dünyaya təhlükədir”
22.03.2014 14:05
Rasmussen: “Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz, Avropanın Rusiya enerji ehtiyatlarından asılılığını azaltmalıyıq”“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Berlin divarının yıxılmasından sonra Avropada ən ciddi böhrandır. Bizim Avropanı vahid, azad və sülh qitəsi olaraq görməyimiz sual altında qoyulub. Çünki bu hadisənin yeganə belə insident olmadığı ortadadır və bu, artıq davranış modelinə çevrilməkdədir. Dnestryanı, Cənubi Osetiya, Abxaziya və indi də Krım. Bütün bu münaqişələri birləşdirən yeganə məqam budur ki, bir böyük dövlət birtərəfli qaydada beynəlxalq qanunları yenidən yazmağa qərar verir və Avropada 25 il sonra yenidən ayırıcı xətlər yaradır - bir anda və təşbaşına...” APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen martın 21-də Brüssel Forumunda çıxış edərkən deyib. A. F. Rasmussen bildirib ki, hazırda Rusiya tərəfindən sərgilənən bu cür təftişçi davranışın XIX əsrdə qaldığı güman olunurdu: “Lakin biz görürük ki, bu davranış XXI əsrdə yenidən qayıdıb. O, əməkdaşlığa yox, konfrontasiyaya əsaslanır və bizim dəyərlərimizə və qaydalarımıza əsaslanan qlobal dünya düzəninə real təhlükə törədir. Ona görə də biz həm indi, həm də gələcəkdə bu təhlükəyə cavab verməliyik. Aydın başa salınmalıdır ki, biz Rusiya ilə işlərimizi əvvəl olduğu kimi apara bilmərik. Bu, bizim seçimimiz deyil, yaranmış vəziyyət bizim Rusiya ilə əməkdaşlığımızın əsaslarını sual altında qoyur və bizi ciddi narahat edir. NATO-nun ən önəmli öhdəliyi bizim ərazilərimizi və xalqlarımızı müdafiə etməkdir. Bunu edə bilmək üçün biz təhlükələri dəf edəcək və qarşı tərəfi çəkindirəcək bütün imkanlara malik olmalıyıq”.      A. F. Rasmussen qeyd edib ki, mövcud qlobal dünya düzənini qorumaq üçün Avropa və Şimali Amerika birlikdə olmalı, iqtisadi və hərbi əlaqələri gücləndirməli, müdafiə sahəsinə qoyulan investisiyaları artırmalıdır: “Biz enerji ehtiyatları ilə təchizatın diversifikasiyasını strateji transatlantik prioritetə çevirməli və Avropanın Rusiya enerji ehtiyatlarından asılılığını azaltmalıyıq”.   Baş katib Ukrayna ilə siyasi-hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müasir effektiv struktura çevrilməsi, NATO ölkələrinin silahlı qüvvələri ilə bərabər hərəkət etmə qabiliyyətinin yüksəldilməsi üçün Kiyevə dəstək verilməli və Ukrayna ordusunun NATO təlimlərində iştirakı genişləndirilməlidir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol