• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici ölkələr Azərbaycanda terror törətməkdə maraqlıdır - Ərəstun Oruclu - MÜSAHİBƏ

Xarici ölkələr Azərbaycanda terror törətməkdə maraqlıdır  - Ərəstun Oruclu - MÜSAHİBƏ
06.04.2023 14:03
Son vaxtlar Azərbaycada terror təhlükəsinin artması barədə çox danışılır. Xüsusilə millət vəkili Fazil Mustafaya sui qəsddən sonra bu mövzu ictimayiyyət tərəfindən əsas müzakirə mövzusuna çevrilib. Odur ki, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, uzun illər MTN-də çalışmış, məhkəmə tibb eksperti sahəsində təcrübəyə malik, politoloq Ərəstun Oruclu ilə söhbəti məhz bu sualdan başladıq: 
 
- Son günlər Bakıda bir neçə silahlı insident baş verdi. Sizcə bunun arxasında adi cinayət durur yoxsa bu terrordur? Ümumiyyətlə Azərbaycanda terror riski varmı?

- Son terror hadisəsi deputat Fazil Mustafanın güllələnməsi buna əyani sübutdur. Bəli Azərbaycanda terror aktı təsdiqləndi. Əvvəllər də demişəm ki, Azərbaycanda terror aktı mümkündür. Ona görə ki, Azərbaycan böyük maraqların toqquşduğu ölkəyə çevrilib. Burda mübarizə tərəflərinin hər biri əlində olan resurslardan istifadə edəcək. O resurslardan biri də terrordur. Son baş verən hadisələr göstərdi ki, müəyyən bir ictimai fon yaranıb. Bir növ atışmaları, silahdan istifadənin tətbiqi adiləşir. Bu isə gələcəkdə kimlərsə tərəfindən terror aktlarının həyata keçirilməsi üçün zəmin kimi istifadə oluna bilər. Buna görə də antiterror tədbirləri gücləndirilməlidir. 

- Məhkəmə tibbi eksperti işləmisiz. İndiki ilə müqayisə aparsaq hansı dövrün qərarları daha obyektiv olub?

- Azərbaycanda indiki vəziyyətdə məhkəmə ekspertiziyası faciəvi durumdadır. Başdan-başa saxta rəylər, saxta göstəricilər və s. Bu xidmətin tam olaraq istintaq və məhkəmənin nəzarəti altına keçməsi acınacaqlıdır. Məhz bu səbəbdən bir sıra cinayətlər açıq şəkildə ört-basdır edilir. Elə olub ki, dövlət orqanları belə məhkəmə tibbi ekspertlərinə təsir edərək ekspertiza rəyinə müdaxilə edərək rəyi dəyişməyə çalışıblar. Söhbət onların dürüst rəy verməsi tələbindən gedir.  

- Azərbaycanda Dövlət Təhlükəsizlik Xidməti orqanlarının iş mexanizmini necə qiymətləndirirsiz?

- Azərbaycanın xüsusi xidmət orqanlarının iş prinsiplərini və ümumiyyətlə mexanizmlərini alqışlamıram və bəyənmirəm. Çünki Azərbaycanda istər hüquq-mühafizə, istərsə də təhlükəsizlik orqanları siyasi hakimiyyətin diktəsi ilə fəaliyyət göstərir. Bu xidmət orqanlarının fəaliyyətini başqa ölkələrin eyni qurumları ilə müqayisə etmək olmaz. Xüsusi orqanların siyasi asıllığı bir sıra hallarda açıq və gizli formada icra olunur və bu hadisələrin görünən tərəfidir. 

- Tez-tez Qarabağ ətrafnda baş verən hadisələrə sosial şəbəkə hesablarınızda münasibət bildirirsiz. Sizcə beş il  tamam olanda Rusiya sülhməramlıları bölgəni tərk edəcəkmi? 

- Mövcud hərbi strateji və geosiyasi durumdan asılı olaraq Rusiyanın sülhməramlı adlanan hərbi kontingenti Qarabağı 5 ildən sonra tərk edə də bilər,  qala da bilər. Elə bu il də Qarabağ tərk edə bilərlər.  

- Nə etmək lazımdır ki, bölgədə sülh olsun?

-Geosiyasi proseslərin qaynar mərhələsindəyik. Bu mərhələdə hər şey kimin hansı gücə təsir imkanlarına, hansı təsir dairəsinə malik olacağından asılıdır. Bu gün Cənubi Qafqaz uğrunda geosiyasi rəqiblər arasında mübarizə gedir. Əgər bu mübarizə Rusiyanın məğlubiyyəti ilə bitəcəksə təbii ki, bu Rusiyanın Cənubi Qafqaz siyasətinə öz təsirini göstərəcək. 

- Prezident dəfələrlə çıxışlarında Qarbağda yaşayan erməniləri sülh prosesində yaşamağa çağırır. Sizcə birgə yaşamağa nə qədər hazırıq?

- Birgə yaşamaq üçün birinci sülh prosesini davam etdirmək lazımdır. İkinci olaraq Qarabağda yaşayan erməni icmasını Azərbaycan dövlətinin vətəndaşları hesab ediriksə və tərkib hissəsi sayırıqsa onlarla maksimal dərəcədə konktaklar qurmalıyıq. Bu onktaktları jurnalistlər, vətəndaş cəmiyyəti,mədəniyyət xadimləri,gənclər səviyyəsində etməliyik. Birgə yaşamaqdan söhbət gedirsə etimadyaradıcı tədbirlər mütləqdir. Hələlik iş getmir. Çox güman ki, bu barədə iş getməməsinin səbəbi təkcə konfilikt deyil,həm də bunu istəməyən Rusiyadır. Hazırda ermənilərin verdiyi bəyanatlar faktiki rusların diktəsi ilə hazırlanır. Hesab edirəm ki, nifrət aşılanan təbliğatlar dayandırımalıdır, əks halda heç bir birləşməkdən söhbət gedə bilməz. 

- "Tərtər işi”ndə araşdırma aparanlardan biri Sizsiz.  Məhkəmə qərarından razısınızmı?

- "Tərtər işi”ni ilk araşdıranlardan biri olaraq deyirəm ki, istintaqın verdiyi ittihamla razı deyiləm. Cinayətin əsas təşkilatçıları, onun əsas ruhlandırıcıları cinayətdən kənarda qalıb. Bu Azərbaycan pratikasında baş verən çox nadir hadisəsdir. Burda söhbət onlarla insandan gedir. Müsbət tendensiyadır, amma bu insanların böyük əksəriyyəti 5-6 il həbsxanada olub. İşgəncələr alıblar. Onların arasında bu gün fiziki baxımdan şikəst olmuş və həyatını itirmiş insanlar var. 

- "Tərtər işi”ndə ziyan görən valideynələrə nə tövsiyə edərdiniz?

- Onların valideynlərinə və özlərinə bir şeyi tövsiyə edərdim ki, dövlət tərəfindən kompensasiya ödənilməsi, insanların hüquqlarının tam bərpa olunması baxımından bütün addımları atıb tələb etsinlər. 

- Sizcə ümumiyyətlə "Tərtər hadisəsi" niyə baş verdi? 

- "Tərtər qətliamı" Azərbaycan ordusuna, onun günahsız hərbçilərinə qarşı törədilmiş dövləti cinayətdir. Yəni onu törədənlər dövlət orqanlarında yer almış vəzifəli şəxslərdir. Onların mühakimə olunmaması bir yana, dövlət tərəfindən həmin bu insanlara qanuni şəkildə ödənilməməsi, onların hüquqlarının bərpa olunmaması dözülməz haldır. "Tərtər işi" Rusiya tərəfindən Azərbaycana qarşı aparılan hibrid müharibənin elementi idi.  Rusiya Azərbaycan ordusunda, hərbi prokurorluqda, digər dövlət qurumlarında öz beşinci kolonunun əli ilə bu faktı həyata keçirdi. Məqsəd Azərbaycan ordusunu gözdən salmaq idi. Əhalinin orduya ehtimalını azaltmaq idi ki, sındırılmış, əzilmiş, gözdən salınmış ordusu olan Azərbaycan bu cinayəti törədənlərin  əlində daha rahat alətə çevrilsin. 

- Sizcə nə baş verməlidir ki, cinayətkarlar tutulsun?

- Onu törədənlərin cəzasız qalması - Zakir Qaralov və onun müavinindən tutmuş Zakir Həsənova, keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqova, hərbi prokuror Xanlar Vəliyeva qədər bu adamların cəzasız qalması göstərir ki, onlar hələ də həm ölkənin daxilində, həm də xaricində himayə olunur.  Bu məsələyə birdəfəlik siyasi hakimiyyət mövqe bildirməlidir. Ya həqiqətən bu caniləri cəzalandırmaq istəmirlər, ya bacarmırlar, ya da cəzalandırılacaqsa bunu artıq deməlidirlər. Deputatların "Zakir Qaralov üzr istəsin və hərbi prokurorluq bağlanmalıdır" çıxışı heç bir effekt vermədi. Dövlət başçısı ortaya siyasi iradə qoymalıdır və cəzalandırılmasına tapşırıq verməlidir. 

- Hazırda Azərbaycanda siyasi prosesləri necə dəyərləndirirsiz? 

- Azərbaycanda  siyasi mübarizə əvəzinə biz az qala düşmənçilik görürük. Siyasi mexanizmlər əvəzinə kriminal aləm qaydaları ilə davranış görürük. Polemika əvəzinə söyüş-təhqir görürük. Hüquqi mexanizmlərlə təsir əvəzinə şər-böhtan görürük. Belə şəriatdə hər hansı siyasi prosesdən danışmağa dəyməz. 

- Azərbaycanda hansı sahələr üzrə araşdırma mərkəzləri açılmalıdır ki, biz hələ də bunu açmağa gecikmişik?

- Bu gün Azərbaycanda geosiyasi vəziyyəti, regional və ölkədaxili vəziyyəti ən müxtəlif aspektlərini təhlükəsizlik kibertəhlükəsizlik, müharibə riskləri və hərbi durum bütün bu məsələləri araşdıran onlarla beyin mərkəzinə ehtiyac var. Bir-iki dövlət tərəfindən yaradılmış qurum var. Amma, onlar da beyni mərkəzi funksiyasını yetərincə yerinə yetirmirlər.
 

 

 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol